UNEC-də Xarici Ticarətə Dəstək Mərkəzi fəaliyyətə başlayır
31.10.2017 [09:52]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xarici Ticarətə Dəstək Mərkəzi yaradılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, mərkəz ölkədə ixracyönümlü sektorların inkişafı yolu ilə iqtisadi artımı təmin etmək məqsədilə sahibkarları və ixracatçıları dəstəkləyəcək, o cümlədən onlara ixrac üzrə məsləhət verəcək.
Dövlət orqanları, elm və təhsil qurumları, korporativ sektorlarla birgə fəaliyyətə əsaslanan mərkəzdə investisiyalar və ixracat imkanları üzrə məlumat bazası yaradılacaq, ölkə ixracatçılarının məhsuluna uyğun xarici bazarların seçilməsinə və potensial müştərilərlə danışıqların aparılmasına hüquqi dəstək göstəriləcək.
Sahibkarlar ixrac edəcəkləri ölkələrin idxal prosedurları, gömrük və sertifikatlaşdırma qaydaları barədə məlumatları da mərkəzdən əldə edə biləcəklər. Mərkəz xarici ticarət fəaliyyəti sahəsində araşdırmalar aparmaqla sahibkarlara təkliflər verəcək, eyni zamanda, onları zəruri iqtisadi və hüquqi bilgilərlə təmin edəcək. Həmçinin ixrac nəzarəti sahəsində və xarici ticarət fəaliyyətinin tənzimlənməsi haqqında qanunvericilik aktları ilə bağlı təkliflər hazırlanmasında iştirak edərək, sahibkarlığın inkişafına dəstək olacaq. Qurum ölkədə ixracatçılara yardım göstərmək və qeyri-neft məhsullarının ixracını təşviq etmək məqsədilə onlara beynəlxalq ticarət qaydaları haqqında məlumat verəcək, marketinq dəstəyi göstərəcək, təlimlər təşkil edəcək.
Dünya mal və xidmət bazarlarının konyunkturunu, o cümlədən xarici ticarət məsələləri ilə əlaqədar beynəlxalq hesabatları təhlil edərək, fəaliyyət və xarici ticarətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək, ölkə ixracatçılarını beynəlxalq sərgi və tədbirlər barədə məlumatlandırmaq da Xarici Ticarətə Dəstək Mərkəzinin səlahiyyətlərinə daxildir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09

