Azərbaycan aliminə fəxri ad verilib
28.10.2017 [00:15]
Xəbər verdiyimiz kimi, Rusiyanın birinci Prezidenti Boris Yeltsin adına Ural Federal Universitetinin Elmi Şurası sentyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayevə həmin universitetin fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edib. Qeyd edək ki, fəxri doktor institutuna olduqca seçimli yanaşan Ural Federal Universitetinin fəxri doktorları sırasında nüfuzlu elm adamları, tanınmış dövlət xadimləri Nursultan Nazarbayev, Nikolay Rıjkov, Frank-Valter Ştaynmayer, Eduard Rossel və başqaları var.
Rusiyanın Yekaterinburq şəhərində yerləşən, şimal qonşumuzun ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan bu universitetin rəhbərliyi akademik Kamal Abdullayevi Yekaterinburq şəhərində keçiriləcək təqdimat mərasiminə dəvət etmişdi.
Oktyabrın 27-də həmin ali məktəbin təşkilatçılığı ilə keçirilən, Rusiya təhsil və elm qurumları təmsilçilərinin, eləcə də bir sıra xarici ölkə universitetlərinin alimlərinin qatıldıqları və türk dünyasının aktual problemlərinin öyrənilməsinə həsr olunmuş beynəlxalq elmi konfransın gedişində akademik K.Abdullayevə Ural Federal Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib. Diplomu təqdim edən Ural Federal Universitetinin rektoru Viktor Kokşarov rəhbərlik etdiyi universitetin fəxri doktorları sırasında tanınmış Azərbaycan aliminin də olmasının ali təhsil müəssisəsinə şərəf gətirdiyini, bu hadisənin ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət etdiyini vurğulayıb. Həmçinin bunun Rusiya universitetləri ilə Azərbaycan ali məktəbləri, konkret olaraq isə Ural Federal Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə təkan verəcəyinə əmin olduğunu bildirib.
Yüksək mükafata görə minnətdarlığını bildirən akademik K.Abdullayev iki ölkənin ali məktəbləri arasında əlaqələrin sıx olduğunu qeyd edib. Bununla belə, Azərbaycan və Rusiya arasında elmi əməkdaşlığın, təhsil, mədəniyyət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.
Daha sonra akademik Kamal Abdullayev Ural Federal Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində tələbələrlə görüşüb, urallı tələbələrə ölkəmizin bu günü, burada mövcud olan multikultural mühit, Azərbaycanın təhsil sistemi, rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib, onların suallarını cavablandırıb. K.Abdullayev Ural Federal Universitetinin bir qrup tələbəsinin Azərbaycanda təşkil olunan ənənəvi qış və yay multikulturalizm məktəblərində iştirak etdiyini xatırladıb, digər tələbələri də bu məktəblərin işinə fəal şəkildə qatılmağa dəvət edib. Dəvət tələbələr tərəfindən alqışlarla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

