Korrupsiyaya qarşı mübarizəyə dair Bakıda keçirilən beynəlxalq tədbirə yekun vurulub
28.10.2017 [00:08]
Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşəbbüsü ilə bu qurumun Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) Hüquq Mühafizə Orqanları Şəbəkəsinin “Korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi: cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi” mövzusunda Bakıda keçirilən 8-ci görüşü oktyabrın 27-də işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilən tədbir çərçivəsində bir sıra iştirakçı dövlətlərin nümayəndələri təmsil etdikləri ölkələrdə konkret cinayət işləri nümunəsində korrupsiya cinayətlərinin istintaqı və bu yolla əldə olunan gəlirlərin müsadirəsi təcrübəsinə dair çıxışlar ediblər. Çıxışlarda, həmçinin əmlakın bərpası və prokurorların müstəqilliyi sahələrində əldə olunan nailiyyətlər paylaşılıb, bu mövzularda beynəlxalq ekspertlər tərəfindən təqdimatlar keçirilib, digər məsələlər, o cümlədən son dövrdə qeyd olunan sahələrdə aparılmış tədqiqatlar ətraflı müzakirə edilib.
Görüşlərdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən də bir sıra təqdimatlar keçirilib, ölkəmizin bu sahədə əldə etdiyi müsbət iş təcrübəsi barədə məlumat verilib. Bununla yanaşı, təmsilçilərimizlə Latviya, Rumıniya, Ukrayna və digər ölkələrin nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib, Baş İdarə tərəfindən ibtidai istintaqı aparılan cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı sorğuların icra vəziyyəti və əməkdaşlıq məsələləri müzakirə edilib.
İştirakçılar görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə dərin minnətdarlıqlarını bildirərək, belə tədbirin ölkəmizdə keçirilməsinin OECD ilə Azərbaycan Respublikası arasında, eləcə də qurumun Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinə üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığın inkişafında yeni mərhələ olduğunu qeyd ediblər.
Tədbirin sonuncu günündə iştirakçılar Heydər Əliyev Mərkəzində olub, onlar ölkəmizin tarixi və mədəniyyəti ilə yaxından tanış olublar. Daha sonra korrupsiyaya qarşı preventiv tədbirlər sahəsində Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mərkəzində olan qonaqlara respublikamızda korrupsiyaya qarşı mübarizədə mərkəzlərin mühüm rolu barədə ətraflı məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

