/ / “Azərbaycan multikulturalizmi” dərsliyi multikultural dəyərlərin aşılanması üçün dəyərli mənbədir
“Azərbaycan multikulturalizmi” dərsliyi multikultural dəyərlərin aşılanması üçün dəyərli mənbədir
26.10.2017 [10:12]
Oktyabrın 24-də Naxçıvan Müəllimlər İnstitutunda ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” dərsliyinin təqdimat mərasimi olub. Tədbirdə çıxış edən institutun tədris işləri üzrə prorektoru Akif İmanlı artıq bir neçə ildir ali təhsil ocaqlarında multikulturalizm fənninin tədris edildiyini, “Azərbaycan multikulturalizmi” dərsliyinin bu fənnin tədrisində müəllimlər və tələbələr üçün böyük töhfə olduğunu bildirib.
AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qeyd edib ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Onun alternativi yoxdur. Azərbaycanın tolerantlıq ənənələrinin mədəni, siyasi, sosial mahiyyətinin araşdırılması, respublikadakı dini müxtəlifliyin tolerant əsaslarının elmi müstəvidə təhlili və qorunub saxlanılması, ölkəmizin əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi də bu siyasətin əsas prioritet istiqamətlərindəndir. Gənclərə multikultural dəyərlərin aşılanması üçün “Azərbaycan multikulturalizmi” dərsliyi dəyərli mənbə rolunu oynayır.
Bildirilib ki, ölkəmizin ali təhsil ocaqlarında tədris ediləcək “Azərbaycan multikulturalizmi” kitabı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun elmi redaktorluğu ilə hazırlanıb.
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri Rəşad İlyasov “Azərbaycan multikulturalizmi” dərsliyi haqqında danışaraq qeyd edib ki, dərslikdəki fəsillərdə Azərbaycanın xarici və daxili siyasətində multikultural təhlükəsizlik, mədəniyyətimizdə multikulturalizmin ədəbi-bədii qaynaqları haqqında geniş məzmunlu materiallar var.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli çıxışında qeyd edib ki, tarixən Azərbaycanın multikultural və tolerant bir ölkə olması, burada multikulturalizmin xalqın həyat tərzi səviyyəsinə yüksəlməsi, həmçinin dövlət tərəfindən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin qorunması istiqamətində böyük layihələrin həyata keçirilməsi Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilməsinə səbəb olub. Leksikona “Multikulturalizmin Azərbaycan modeli”, “Azərbaycan multikulturalizmi” kimi terminlər daxil olub. Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi mütərəqqi təcrübəyə dünyada maraq artmaqdadır. Bunun bariz göstəricisi son dövrdə bir sıra Azərbaycan və xarici ölkə ali məktəblərində “Azərbaycan multikulturalizmi” adlı fənnin tədris olunmasıdır. “Azərbaycan multikulturalizmi” dərsliyi bu fənnin tədrisində müəllimlər və tələbələr üçün böyük töhfədir.
Qeyd edək ki, həmin gün Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində “Multikulturalizm” jurnalının təqdimatı olub. Təqdimat mərasimində Yazıçılar Birliyinin sədri Asim Yadigarın, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri Rəşad İlyasovun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədlinin, “Multikulturalizm” jurnalının baş redaktorunun müavini Tahir Kazımlının, muxtar respublikada yaşayıb-yaradan şair və yazıçıların çıxışları olub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49

