Heydər Əliyev Fondunun dəvəti ilə Moskvanın uşaq evinin sakinləri Azərbaycanda olublar
25.10.2017 [09:59]
Heydər Əliyev Fondunun dəvəti ilə oktyabrın 16-da Azərbaycana gələn Rusiyanın “Naş dom” ailə tərbiyəsinə dəstək mərkəzinin sakinlərinin səfər proqramı başa çatıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, valideyn himayəsindən məhrum olan uşaqlar Bakıda qonaq olduqları müddətdə paytaxtın görməli yerlərini gəzib, müxtəlif istirahət və əyləncə proqramlarında iştirak ediblər, eləcə də Quba rayonuna gediblər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı qonaqlara Heydər Əliyev Muzeyi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyatı, Azərbaycan tarixi və incəsənəti barədə ətraflı məlumat verilib. Mərkəzdəki “Azərbaycan inciləri: tarixin axarında”, “Kukla incəsənətdə”, “Modernizm və Moda” sərgiləri də onlarda xoş təəssürat yaradıb.
Moskvalı qonaqlar üçün İçərişəhərə də gəzinti təşkil edilib. Burada onlar Şirvanşahlar sarayında olub, Qız qalasının tarixi barədə məlumat əldə ediblər.
Yeniyetmələr Bakının Nizami rayonundakı 1 saylı uşaq evinin sakinləri ilə birlikdə müxtəlif dərnəklərə qatılıb, rəqs, musiqi, rəsm və digər sahələrdə məşğələlərdə iştirak ediblər.
“Naş dom” ailə tərbiyəsinə dəstək mərkəzinin sakinləri IDEA Heyvanlara Qayğı Mərkəzində də olublar. Uşaqlara mərkəzin iş şəraiti, heyvanlara qayğı üzrə görülən işlər barədə ətraflı məlumat verilib.
Azərbaycana səfərlərinin sonunda isə uşaqlar Qubaya və Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər. Moskvalı uşaqlar Quba Soyqırımı Memorial Kompleksinə gedib, Qubanın turizm məkanları ilə tanış olub, Qobustan qayaüstü rəsmlərinin tarixi barədə məlumat alıblar. Onlar Azərbaycana ilk səfərlərinin çox yaddaqalan olduğunu, belə gözəl məmləkətə yenidən gəlməyi arzuladıqlarını deyiblər.
Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi ilə bu ilin avqust ayında Bakının uşaq evlərinin sakinləri də Rusiya paytaxtında olublar.
Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqları hər zaman ailə qayğısı ilə əhatə edir. Fondun həyata keçirdiyi bu layihə isə uşaqların səmərəli istirahəti, dünyagörüşünün artırılması və yeni dostlar qazanmalarına imkan yaradır.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25

