Azərbaycan İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir
30.09.2017 [12:10]
Azərbaycan İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilməkdədir. Ölkəmizdə milli və dini tolerantlığın dövlət səviyyəsində dəstəklənməsi Azərbaycanı beynəlxalq aləmdə İslam həmrəyliyinin ən yaxşı nümunəsi kimi tanıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 29-da Xaçmaz şəhərində “İslam həmrəyliyi: Sülh və əməkdaşlığa çağırış” mövzusunda keçirilən konfransda söyləyib.
Əvvəlcə konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılan abidəsinin qarşısına gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
DQİDK, Qafqaz Müsəlmanları İdarəsi, “Azərbaycan” qəzeti və Xaçmaz rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi konfransda hüquq mühafizə orqanlarının, dini işlər üzrə komissiyanın nümayəndələri, YAP Xaçmaz rayon təşkilatının əməkdaşları, bələdiyyə sədrləri, dini icma üzvləri, məktəb direktorları, ağsaqqallar və fəal gənclər iştirak ediblər.
Tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlının mövzu ilə bağlı məruzəsi dinlənilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini vurğulayan M.Qurbanlı Azərbaycanın İslam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi tanındığını bildirib. Komitə sədri İslam dininin xalqımızın mənəvi həyatını daha da zənginləşdirdiyini, onun həyat tərzini və birgəyaşayış normalarını müəyyən edən əsas amillərdən birinə çevrildiyini vurğulayıb.
Mübariz Qurbanlı qeyd edib ki, bu gün müsəlman dünyasında din amilindən istifadə edərək yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar tapmağa hər zamankından daha çox ehtiyac var. Bu yol isə dini tolerantlığın, birgəyaşayışın, multikultural dəyərlərin, eyni zamanda, müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunmasından keçir.
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Xaçmazın milli etnik zənginliyin, dini tolerantlığın təcəssümü olduğunu qeyd edib. Bildirib ki, rayonda fərqli dinlərə və mədəniyyətlərə aid insanlar mehriban və qarşılıqlı hörmət prinsipləri əsasında yaşayırlar. Bu da öz növbəsində, Xaçmazın timsalında İslam həmrəyliyinə böyük töhfədir.
Konfransda Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Eldəniz Səlimov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Salman Musayev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Xaçmaz rayon Rus icmasının sədri Navi Azər mövzu ətrafında çıxış ediblər.
Bildirilib ki, Azərbaycanda mövcud olan məzhəblərarası səmərəli əməkdaşlıq və etimad mühiti İslam ölkələrinin həmrəyliyi üçün uğurlu nümunədir. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibət tamamilə dəyişib, ölkədə milli mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşılıb. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konfransda qeyd olunub ki, regionlarda keçirilən bu kimi tədbirlər Azərbaycanın müxtəlif bölgələrində cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, dini mühitdə radikallığa meyillərin qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılması, bu sahədəki kompleks tədbirlərin səmərəliliyinin daha da artırılması baxımından olduqca əhəmiyyətlidir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

