İnsan resurslarının inkişafı strategiyasının hədəfləri konkret nəticələr əldə etməkdir
28.09.2017 [10:13]
Faiq Şahbazov: “2017-2019-cu illərdə Azərbaycan Respublikasının dövlət vergi orqanlarında insan resurslarının inkişaf Strategiyası” hazırlanarkən insan resurslarının idarə edilməsi sahəsində vergi orqanlarının təcrübəsi, ümumi dövlət qulluğunda hazırda gedən proseslər, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınıb
Vergilər Nazirliyi insan resurslarının təkmilləşdirilməsi, peşəkar kadr hazırlığının daha yüksək səviyyəyə qaldırılması məsələsinə xüsusi diqqətlə yanaşır. 2017-ci ildə də bu məsələ milli vergi sistemində prioritet fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib. KİV-ə müsahibəsində bu məqama toxunan Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru Faiq Şahbazov qeyd edib ki, Azərbaycan iqtisadiyyatının yeni inkişaf istiqamətləri, biliklərə əsaslanan müasir iqtisadiyyatın qurulması vergi xidməti qarşısında da yeni vəzifələr müəyyən edir və onların sırasına müasir korporativ idarəetmə sisteminin qurulması da daxildir. Bu baxımdan, Vergilər Nazirliyinın apardığı islahatların bir qismi müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artırılmasına yönəldilib. Vergi orqanlarının fəaliyyəti günün tələblərinə uyğun olaraq durmadan yenilənir, təkmilləşdirilir. Bu isə həmin yenilikləri, dəyişiklikləri icra edəcək resursların, xüsusən insan resurslarının inkişafını tələb edir. Bu inkişafın sistemli, planlı və ardıcıl şəkildə təşkil edilməsi məqsədilə vergilər nazirinin 15 avqust 2017-ci il tarixli əmri ilə “2017-2019-cu illərdə Azərbaycan Respublikasının dövlət vergi orqanlarında insan resurslarının inkişaf Strategiyası” təsdiq edilib. Strategiya hazırlanarkən insan resurslarının idarə edilməsi sahəsində vergi orqanlarının təcrübəsi, ümumi dövlət qulluğunda hazırda gedən proseslər, qabaqcıl beynəlxalq təcrübə (xüsusilə 2014-2016-cı illərdə Avropa İttifaqının “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində öyrənilmiş praktikalar) nəzərə alınıb.
Onun sözlərinə görə, vergi orqanlarında insan resurslarının inkişaf strategiyası potensiallı kadrları vergi orqanlarına cəlb etmək və saxlamaq, kadrların bilik və bacarıqlarından təyinatı üzrə və məqsədyönlü şəkildə istifadə etmək yolu ilə vergi orqanlarının fəaliyyətində səmərəliliyin artırılması missiyasını daşıyır.
Qeyd olunub ki, 2017-2019-cu illəri əhatə etməsi nəzərdə tutulan Strategiyanın Tədbirlər Planında bir çox işlərin görülməsi planlaşdırılıb. Strategiyanın icrasının nəticəsindən əsas gözləntilərin nədən ibarət olmasına dair suala gəlincə, Faiq Şahbazov “Gözləntilərimiz çoxdur. İlk növbədə, insan resurslarının idarə edilməsinin kadrların seçimindən başladığını nəzərə alsaq, ayrı-ayrı sahələr üzrə vergi orqanlarının spesifik kadr tələbatlarını müəyyən etmək və kadrların işə qəbulunu, yerdəyişməsini və yüksəlişini bu tələblərə uyğun həyata keçirmək nəzərdə tutulub. Dünyada proseslər sürətlə gedir, yeni informasiya mənbələri və texnologiyaları yaranır, tendensiyalar durmadan dəyişir. Bu isə əməkdaşların dəyişiklik və yeniliklərlə ayaqlaşması, onların bilik və bacarıqlarının daim təkmilləşdirilməsi zərurətini yaradır. Odur ki, daha bir gözləntimiz də əməkdaşların peşəkarlığının fasiləsiz olaraq artırılmasıdır. Peşəkarlığın artırılması prosesi tədricən könüllü formaya keçməli, əməkdaşlar özünüinkişafda maraqlı olmalıdırlar. Bunun üçün isə, təbii ki, onların motivasiyası gücləndirilməli, yeni həvəsləndirmə mexanizmləri işlənib hazırlanmalıdır. Qeyd edilənlər strategiyanın icrasının gözlənilən nəticələrindəndir”, - deyib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

