/ / Ceyrançöl layihəsinin üçüncü mərhələsində 21 milyon 395 min kvadratmetrdən çox ərazi təmizlənəcək
Ceyrançöl layihəsinin üçüncü mərhələsində 21 milyon 395 min kvadratmetrdən çox ərazi təmizlənəcək
27.09.2017 [10:25]
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə NATO-nun Təchizat və Təminat Agentliyinin (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun birgə həyata keçirdiyi “Ceyrançöl təmizləmə layihəsi”nin üçüncü mərhələsində 21 milyon 395 min 505 kvadratmetr ərazinin təmizlənməsi NATO tərəfindən rəsmən təsdiq olunub. Türkiyə Respublikası “Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatdan təmizlənməsi layihəsi” üzrə aparıcı ölkə rolunu öz üzərinə götürüb. Azərbaycan Hökuməti layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, onun ümumi dəyərinin əlli faizi həcmində maliyyə vəsaiti ayırıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər sentyabrın 26-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən “Ceyrançöl təmizləmə layihəsinin üçüncü mərhələsinin təqdimatı, gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri” mövzusunda Bakıda keçirilən tədbirdə səslənib.
Tədbir iştirakçıları əvvəlcə ANAMA-nın fəaliyyətini əks etdirən stendlərə baxıb, həmçinin mina və partlamamış hərbi sursatın zərərsizləşdirilməsində istifadə edilən texnika və avadanlıqla tanış olublar.
ANAMA-nın direktoru Qəzənfər Əhmədov Agentliyin Azərbaycanda mina və partlamamış hərbi sursatın zərərsizləşdirilməsi sahəsində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, ölkəmizin NATO ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Hökumətinin sifarişi əsasında sovet ordusunun tərk etdiyi hərbi bazalarda minatəmizləmə işləri aparılır. Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib. Ceyrançöl ərazisinin ümumi sahəsi 64 kvadratkilometrdir.
Qeyd edilib ki, Ceyrançöl layihəsi NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu tərəfindən dəstəklənir. Bu, ANAMA-NATO əməkdaşlığı çərçivəsində həyata keçirilən minatəmizləmə layihəsidir.
Layihə ANAMA ilə NSPA arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilir. İyirmi iki kvadratkilometr ərazini əhatə edən üçüncü mərhələ bu ilin yanvarında başlayıb və 2018-ci il ərzində yekunlaşması planlaşdırılır.
Həmçinin məlumat verilib ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ANAMA-nın mütəxəssisləri tərəfindən 2 milyon 600 min kvadratmetr ərazi minalardan, partlamamış döyüş sursatlarından təmizlənib. Hazırda həmin ərazi yaşayış üçün əlverişli vəziyyətə gətirilib. Təmizləmə əməliyyatları zamanı 74 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 26, tank əleyhinə 140 mina və partladıcı aşkarlanaraq zərərsizləşdirilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov ANAMA-nın səmərəli fəaliyyəti haqqında ətraflı məlumat verib, “Ceyrançöl təmizləmə layihəsi”nin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Abid Şərifov deyib ki, ANAMA-nın təmizlənmə əməliyyatları beynəlxalq minatəmizləmə, NATO və milli standartlara əsaslanıb. Əməliyyatlar ən müasir avandanlıqdan və xüsusi təlim keçmiş minaaxtaran itlərdən istifadə edilməklə icra olunur. Diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə aşkarlanan, sovet dövründən hərbi baza və poliqonlarda qalmış mina və partlamamış hərbi sursat probleminin aradan qaldırılması üçün Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında 1999-cu ildə imzalanmış Azərbaycanda Mina Təhlükəsi ilə Mübarizə üzrə birgə Proqramı uğurla həyata keçirilib.
Baş nazirin müavini deyib ki, indiyədək 45 min hektardan çox ərazi təmizlənib, yüz minlərlə mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda aparılan təmizləmə əməliyyatları nəticəsində, bu sahələr istifadəyə yararlı vəziyyətə gətirilib, qaçqın və məcburi köçkünlərin bir hissəsinin həmin ərazilərə köçürülməsinə şərait yaranıb.
Abid Şərifov vurğulayıb ki, Azərbaycanda mina və partlamamış hərbi sursatın ən böyük təhlükə doğurduğu yerlərdən biri də Ceyrançöl ərazisidir. ANAMA-nın mütəxəssisləri tərəfindən burada aparılmış kəşfiyyat işləri zamanı Ceyrançöl ərazisindən xeyli miqdarda silah və partlamamış hərbi sursat aşkarlanıb. Burada problemin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti ərazinin təmizlənməsinə dair layihənin hazırlanmasını ANAMA-ya tapşırıb. Bu layihə təklifi NATO-nun Təchizat və Təminat Agentliyi tərəfindən Azərbaycanın müvafiq qurumları ilə aparılan məsləhətləşmələrdən sonra təsdiqlənib.
Bildirilib ki, 2012-ci ildə başlanılan “Ceyrançöl təmizləmə layihəsi”nin birinci mərhələsində 28 ay ərzində 19 kvadratkilometr ərazi tam təmizlənib və 14 mindən çox partlamamış hərbi sursat və 173 mina tapılaraq zərərsizləşdirilib. Layihənin ikinci mərhələsinə 2014-cü ilin iyulunda başlanılıb və 24 ay müddətində 23,6 milyon kvadratmetr sahə təmizlənib, 1553 partlamamış hərbi sursat və minlərlə metal qırıntısı zərərsizləşdirilib. Layihənin birinci mərhələsi üçün 3,1 milyon, ikinci mərhələsi üçün isə 1,8 milyon avro olmaqla, ümumilikdə 4,9 milyon avro məbləğində vəsait ayrılıb.
Diqqətə çatdırılıb ki, “Ceyrançöl təmizləmə layihəsi”nin üçüncü mərhələsinə 5,3 milyon avro vəsait ayrılıb. Ümumilikdə layihənin hər üç mərhələsi üzrə vəsaitin əlli faizi Azərbaycan Hökuməti tərəfindən təmin olunub.
Azərbaycan Hökumətinin “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan Baş nazirin müavini qeyd edib ki, ANAMA tərəfindən digər ölkələrlə də çox sıx və səmərəli əlaqələr qurulub, mina təhlükəsizliyinə dair təlimlər və maarifləndirmə işləri həyata keçirilib.
Sonra baş nazirinin müavini Ceyrançöl layihəsi üzrə donorların cəlb edilməsində səmərəli fəaliyyətinə, ANAMA-nın potensialının inkişafına göstərdiyi yardıma görə NATO-ya təşəkkürünü bildirib.
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay təmsil etdiyi təşkilatla Azərbaycan arasında bir çox layihələr üzrə uzun illər ərzində səmərəli əməkdaşlığın həyata keçirildiyini bildirib. C.Appaturay qeyd edib ki, Azərbaycan Əfqanıstanda və digər ərazilərdə NATO missiyası çərçivəsində həyata keçirilən sülhməramlı əməliyyatlara dəstək göstərir. NATO Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirir.
NATO Dəstək Agentliyinin təchizat üzrə direktor müavini Orxan Muradlı, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digərləri layihənin əhəmiyyətindən danışıb, Azərbaycanın mina və partlamamış hərbi sursatın zərərsizləşdirilməsi sahəsində gördüyü işləri yüksək qiymətləndiriblər.
Sonra “Ceyrançöl təmizləmə layihəsi”nin üçüncü mərhələsinin təqdimatı olub, müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35

