Ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” kitabının təqdimatı olub
23.09.2017 [10:37]
Sentyabrın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” dərsliyinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ali təhsil ocaqlarında tədris ediləcək “Azərbaycan multikulturalizmi” kitabı AMEA-nın həqiqi üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdulla və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun elmi redaktorluğu ilə hazırlanıb. Kitab giriş, 3 bölmə və 7 fəsildən ibarətdir. Dərslik Azərbaycan universitetləri və eyni zamanda, xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbələr, magistrlər və doktorantlar, həmçinin Azərbaycan multikulturalizmi modelinin aktual məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub.
Mərasimdə Kamal Abdulla və Etibar Nəcəfov çıxış edərək “Azərbaycan multikulturalizmi” fənninin artıq Azərbaycanın və xarici ölkələrin onlarla universitetlərində tədrisinin bütün dünyaya nümunə olmasından danışıblar. Qeyd edilib ki, fənnin uğurlar tədris olunmasının əsas şərtlərindən biri fənn üzrə dərsliyin hazırlanmasıdır. Bu zərurəti nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm İli” elan edilməsinə dair Tədbirlər Planında “Azərbaycan multikulturalizmi” dərsliyinin hazırlanıb nəşr etdirilməsi vəzifəsini qoyub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfəsi, hüququ, müasir siyasəti, dili, etnoqrafiyası, beynəlxalq əlaqələri üzrə tanınmış alimlərin birgə səyi ilə “Azərbaycan multikulturalizmi” dərsliyini hazırlayıb. Bu dərslik Azərbaycan multikulturalizm modelinin sistemli şəkildə, elmi cəhətdən təqdim edən ilk vəsaitdir. Üç bölmədən ibarət olan dərslikdə Azərbaycan multikulturalizm modelinin bütün əsas cəhətləri, o cümlədən onun formalaşmasının obyektiv və subyektiv səbəbləri, tarixi təkamülü, ədəbi-bədii, elmi-fəlsəfi, publisistik, siyasi və hüquqi qaynaqları, ictimai şüurun müxtəlif formalarında inikası, Azərbaycanın daxili və xarici siyasətində təzahürləri təhlil edilir.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25

