Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır
16.09.2017 [10:53]
Bakı Ali Neft Məktəbində (BANM) 2017/2018-ci tədris ilinin başlanması münasibətilə Bilik gününə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, SOCAR-ın vitse-prezidentləri, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, Bakı Ali Neft Məktəbinin professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirdən öncə qonaqlar Ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyaraq öz ehtiramlarını bildiriblər.
Dövlət himni səsləndikdən sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək 2017/2018-ci tədris ilində yüksək bal toplayaraq BANM-in tələbəsi adını qazanmış gəncləri və onların valideynlərini yeni tədris ili münasibətilə təbrik edib, onlara cansağlığı və təhsildə uğurlar arzulayıb. Ali məktəbin qısa zamanda əldə etdiyi uğurlar, görülən işlər və perspektivlər haqqında danışan rektor bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017/2018-ci tədris ilində Prezident təqaüdünə layiq görülən I qrup üzrə 25 təqaüdçüdən 24 nəfəri məhz Bakı Ali Neft Məktəbinin tələbəsidir.
Rektor, həmçinin qeyd edib ki, bu il ali məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına minimal keçid balı 685 olub və bu, ölkə üzrə rekord göstərici kimi müəyyən olunub. Digər iki ixtisas - “Kimya mühəndisliyi” və “Neft qaz mühəndisliyi” ixtisaslarının minimal keçid balları da artaraq, müvafiq olaraq 662 və 663 bal olub. Rektor I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbənin məhz bu ali təhsil müəssisəsini seçdiyini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Ali Məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Rövnəq Abdullayev ingilisdilli yüksəkixtisaslı mütəxəssislər hazırlayan BANM-də gələcək mühəndis kadrların Azərbaycan sənayesinin inkişafına dəyərli töhfə verəcəyinə əmin olduğunu bildirib.
BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz ingilisdilli yüksəkixtisaslı mütəxəssislər hazırlayan BANM kimi ali təhsil ocağı ilə əməkdaşlıq qurmaqdan məmnunluğunu ifadə edib. O, BANM-də yetişdirilən gələcək mühəndis kadrların Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaratdığını deyib.
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə öz çıxışında BANM-in tələbələrini təbrik edərək onlara gələcək karyeralarında uğurlar və yeni-yeni nailiyyətlər arzulayıb. O, ali məktəbin tələbələrinin gələcəkdə mühəndislik sahəsində Azərbaycanın ən peşəkar kadrları olacağına əminliyini vurğulayıb.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balına malik ixtisasın məhz BANM-də olmasını və ən istedadlı abituriyentlərin bu ali təhsil ocağını seçməsini xüsusi vurğulayıb.
BANM-in ilk məzunlarından “Kimya mühəndisliyi” ixtisasının birincisi olan, hal-hazırda BP şirkətində çalışan Əhməd Qələndərli ölkə Prezidentinə, SOCAR-ın rəhbərliyinə, Bakı Ali Neft Məktəbinə və sevimli müəllimlərə minnətdarlıq duyğularını çatdıraraq BANM-ə yeni qəbul olunan tələbələrin layiqli kadrlar kimi yetişməsini arzulayıb.
Daha sonra Əhməd Qələndərli ali məktəbin məzunları adından SOCAR-ın prezidenti Rövnəq Abdullayevə xüsusi xatirə hədiyyəsi təqdim edib.
Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında 700 bal toplayanların sırasında olan və BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçən Mahirə Əsədzadə öz çıxışında ali məktəbin tələbələr üçün böyük şanslar vəd etdiyini, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına önəm verdiyini qeyd edib.
Qəbul imtahanlarında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olan Abdulla Əsgərzadənin valideyni Yeganə Əsgərova çıxış edərək övladının Azərbaycanın ən nüfuzlu ali məktəbində təhsil alacağına görə sevinc hissləri keçirdiyini bildirib.
700 bal toplayan digər tələbə Jalə Məmmədovanın təhsil aldığı Abşeron rayonu Xırdalan şəhər 5 saylı orta məktəbin direktoru Şahin Yusifov məktəbin məzununun məhz BANM-i seçməsindən qürur duyduğunu bildirib.
Sonra 2017/2018-ci tədris ilində Bakı Ali Neft Məktəbinə qəbul olunmuş tələbələrə tələbə vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58

