/ / “İndoneziyada və Azərbaycanda multikulturalizm: müqayisəli araşdırma” mövzusunda seminar keçirilib
“İndoneziyada və Azərbaycanda multikulturalizm: müqayisəli araşdırma” mövzusunda seminar keçirilib
12.09.2017 [10:10]
Sentyabrın 11-də İndoneziyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “İndoneziyada və Azərbaycanda multikulturalizm: müqayisəli araşdırma” mövzusunda seminar keçirilib. Seminar Azərbaycanın və İndoneziyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Seminarda çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi Kamal Abdulla deyib ki, Azərbaycanın və İndoneziyanın ortaq cəhətləri çoxdur. Bu cəhətlərin çoxluğu xüsusilə multikulturalizm ənənələrinə əsaslanır. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edib. “Multikulturalizm Azərbaycan xalqının qədim tarixindən bu gününə qədər onun ən böyük ziyalılarının yaradıcılığından qırmızı xətlə keçən son dərəcə insansevər və dünyəvi dəyərlərə açıq olan mənəvi bir xəzinədir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm xətti bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycanın dövlət siyasəti kimi inkişaf etdirilir və bizim universitetimiz də bu inkişafa öz töhfəsini verir. İnanıram ki, universitetimizin potensialı Azərbaycan multikulturalizmi ideyalarını dünyanın bir çox ölkələrinə çatdırmağa, o cümlədən İndoneziyada davamlı, etibarlı bir dayaq nöqtəsi tapmağa imkan verəcək. Bu gün Azərbaycan Dillər Universitetində “Azərbaycan multikulturalizmi” adlı elmi-tədqiqat laboratoriyası yaradılıb. Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. Müxtəlif universitetlərimizdə “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Eyni zamanda, dünyanın 15 universitetində, həmçinin İndoneziyada “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris edilir”, - deyə Kamal Abdulla diqqətə çatdırıb.
İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ölkələrimiz arasında əlaqələrin inkişafından danışaraq Azərbaycanın zəngin multikultural və tolerant dəyərlərə sahib olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan İndoneziya üçün önəmli ölkədir. İndoneziya ilə Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin getdikcə genişləndiyini deyən səfir əməkdaşlığın daha da möhkəmlənməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. Diplomat həm İndoneziyada, həm də Azərbaycanda multikultural, tolerant dəyərlərə önəm verildiyini vurğulayıb.
Seminarda Banqdunq Dövlət İslam Universitetinin rektoru professor M.Mahdmud M.Si “İndoneziya və Azərbaycan multikulturalizmi qlobal model kimi”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru əvəzi Rəvan Həsənov “Azərbaycan multikulturalizminin siyasi-hüquqi əsasları”, Cokyakarta Sinan Kalicaqa Dövlət İslam Universitetinin əməkdaşı Munavar Ahmad “Azərbaycan və İndoneziyada multikulturalizmin möhkəmlənməsində ictimai kapitalın rolu”, Azərbaycan Dillər Universitetinin ümumi dilçilik kafedrasının professoru Həbib Zərbəliyev “Azərbaycan və İndoneziyada multikulturalizm: kontekst və çağırışlar”, Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri fəlsəfə doktoru Rəşad İlyasov isə “Azərbaycan multikulturalizminin ədəbi-bədii və fəlsəfi qaynaqları” mövzularında çıxış ediblər.
Xəbər lenti
Hamısına baxSosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06

