Masallıda çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafına diqqət artırılıb
08.09.2017 [10:08]
Sentyabrın 7-də Masallı Rayon Mədəniyyət Mərkəzində keçirilən ümumrayon müşavirəsində Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəran şəhərində keçirilmiş çay, çəltik və sitrus meyvələrinin inkişafı məsələlərinə dair respublika müşavirəsində qarşıya qoyulan vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, rayonda 24 min 929 hektar əkinə yararlı torpaq sahəsi mövcuddur. Çay və sitrus bitkiləri üçün yararlı olan 9000 hektar turş torpaqlar uzun müddətdir ki, əkilmir. Hazırda əkinlərin 7775 hektarını taxıl sahələri təşkil edir.
Rayonda bu ilə qədər dənli bitkilər altında 12-15 min hektar torpaq sahəsinin olduğunu vurğulayan R.Hüseynov bölgənin torpaq-iqlim şəraitinə görə az əməktutumlu olan taxılçılıq sahəsinin əsasən qeyri-rentabelli olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, rayonda 8 min hektar taxıl sahəsində cəmi 80-100 iş yeri yaranır, ümumi gəlir 4 milyon manatı keçmir. 1000 hektar çay sahəsində isə 3000 iş yeri yaranmaqla 5 milyon manatdan artıq xalis gəlir əldə etmək mümkündür. Çay məhsulunun xarici bazarlara çıxarılması imkanları da genişdir.
Əvvəllər rayon ərazisində 3324 hektarda çay plantasiyaları, bar verən çay kolları sahəsi isə 2159 hektar olub. Çay plantasiyalarından 8492 ton yaş yarpaq toplanılıb və rayon ərazisində fəaliyyət göstərən 5 çay fabrikində emal edilərək 3 min ton quru çay istehsal olunub.
Hazırda rayon ərazisində 43 hektar çay plantasiyası mövcuddur. Ondan 4 hektar əvvəllər mövcud olmuş, 40 hektarı isə yeni salınmış sahələrdir. Sentyabr ayında əlavə olaraq 40 hektar sahədə çay plantasiyası salınacaq.
Bildirilib ki, Masallı rayonunda ənənəvi əkinçilik sahələrindən olan çəltikçilik ötən əsrin 50-ci illərdən inkişaf etməyə başlayıb və 2000-ci ildə 352 hektara çatdırılıb. Bundan sonra çəltik əkin sahələri taxıl sahələri ilə əvəz olunub.
Cari ildə rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 400 hektara yaxın örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növlərinin əkilməsinə başlanılıb. Ötən il rayonda 8,6, bu il isə 195 hektarda üç növ çəltik əkilib, 10 hektarda çəltik toxumçuluğu yaradılıb, müasir texnologiya əsasında yeni çəltik emalı zavodunun tikintisinə başlanılıb. Çəltik əkini ilə bağlı 583 nəfər işlə təmin olunub. Rayonda çəltik biçini kampaniyası davam edir. İndiyədək 200 ton məhsul istehsal olunub.
Əvvəlki illərdə istehsal olunmuş çəltik məhsulu primitiv qaydada qurulmuş 2 çəltik dəyirmanında emal olunurdu. Hazırda rayonda ən müasir avadanlıqla təchiz olunmuş çəltik dəyirmanının tikintisi davam etdirilir. Yaxın illərdə Masallıda çəltik sahələrinin 500 hektara çatdırılması nəzərdə tutulub. Bu isə rayonda 1200 yeni iş yerlərinin açılması deməkdir.
Diqqətə çatdırılıb ki, əvvəllər Masallı rayonunda 132 hektar sahədə sitrus bağları olub. Bunun 88 hektarını mandarin, 44 hektarını isə feyxoa bağları təşkil edib. Bu bağlardan il ərzində 2200 ton mandarin, 473 ton feyxoa toplanılıb. Hazırda rayonda yeni salınmış 1,5 hektar mandarin, 6 hektar kivi və 15 hektar feyxoa bağları mövcuddur. Bu bağlardan il ərzində 80 ton kivi, 50 ton feyxoa yığılır.
Masallı rayonunun torpaq iqlim şəraitində bu sahənin inkişaf perspektivləri böyükdür. Rayon ərazisində ilkin olaraq 100, sonrakı dövrdə 500 hektar sahədə sitrus bağlarının salınması qarşıda duran vəzifələrdəndir.
Müşavirədə rayon kənd təsərrüfatı idarəsinin rəisi Seymur Nuriyev, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyev, Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Seyfullayev, fermerlər Hadı İsmayılov, Əbdül İsmayılov, Etibar Sadıqov və başqaları çıxış edərək rayonda çayçılığın, sitrusçuluğun və çəltikçiliyin inkişafı ilə bağlı təkliflərini bildiriblər.
Müşavirəni yekunlaşdıran Rafil Hüseynov rayonda çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafı, eləcə də fəaliyyəti dayandırılmış emal müəssisələrinin fəaliyyətinin yenidən bərpa olunması istiqamətində görüləcək işlərin aqrar sektorun inkişafına, yeni iş yerlərinin açılmasına böyük təkan verəcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23

