/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 85 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 85 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb
30.08.2017 [10:14]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili sahəsində görülən işlərin davamı kimi, bu təbəqədən olan daha 85 nəfər şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət mərkəzinə göndərilib.
Nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən bu ilin yaz-yay mövsümündə 1100 nəfər əlilliyi olan şəxs istirahət mərkəzlərinə göndərilib. Onlardan 485 nəfərinin Xaçmaz, 365 nəfərinin Lənkəran, 250 nəfərinin isə Quba rayonundakı istirahət mərkəzlərində istirahəti təşkil edilib. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən müddətdən sonra geri qaytarılması üçün nəqliyyat vasitəsi də ayrılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əlilliyi olan şəxslərin yola salınması zamanı bildirilib ki, bu təbəqədən olan insanların hüquqlarının, maddi və mənəvi tələbatlarının dolğun şəkildə təmin edilməsi Azərbaycanda aparılan sosial siyasətin əsas hədəflərindəndir. Hər ilin yaz-yay mövsümündə əlilliyi olan şəxslərin istirahətinin təşkili də onların cəmiyyətin digər üzvləri kimi bərabər imkanlara malik olmalarına yönələn tədbirlərdən biridir. Hazırda ölkəmizdə pensiya və sosial müavinət, sosial xidmət sistemi ilə əhatə olunanların mühüm bir hissəsini əlilliyi olan şəxslər təşkil edir. Həmin insanların reabilitasiya xidmətləri ilə təminatı sahəsində də məqsədyönlü işlər aparılır. Təkcə bu ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 min nəfərə yaxın əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. Həmçinin onlara ümumilikdə 17,5 minədək protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.
İstirahətə yola salınan əlilliyi olan şəxslər yaz-yay mövsümündə onlara ölkəmizin səfalı güşələrində istirahət etmək imkanının yaradılmasına, ümumən sosial cəhətdən həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxSosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41

