/ / Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparılıb
Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparılıb
11.07.2017 [09:40]
İyulun 10-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının, dövlət orqanlarının, yerli icra hakimiyyəti və məhkəmə orqanlarının, qeyri-hökumət təşkilatlarının rəhbər vəzifəli şəxsləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
DİM-in Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilovun moderatorluğu ilə keçirilən konfransda iştirakçılara dövlət qulluğu sahəsində son islahatlar və yeniliklər, o cümlədən dövlət qulluğuna dair qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat verilib, dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi zamanı yaranan problemlər və onların həlli sahəsində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparılıb.
Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna dair qanunvericiliyin, o cümlədən etik davranış qaydalarının düzgün tətbiqinin təmin edilməsi və pozuntu hallarının aradan qaldırılması üzrə mərkəz tərəfindən görüləcək tədbirlərlə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, DİM tərəfindən qanunvericiliyin icrası vəziyyəti mütəmadi öyrəniləcək. Pozuntu halları müəyyən edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat veriləcək. Həmçinin yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək və təqdim olunacaq illik hesabata daxil ediləcək. Pozuntuya yol vermiş məsul şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar.
Qanunvericiliyə edilən dəyişikliklərdən istifadə edərək normativ hüquqi bazanın yaradılmasının vacibliyini vurğulayan M.Abbaszadə deyib: “Dövlət qulluğuna qəbul prosesi daha çevik həyata keçirilməlidir. Hər bir insana imkan verilməlidir ki, öz karyerasını dövlət qulluğunda qura bilsin. Belə bir sosial lift yaratmaq bizim borcumuzdur. DİM-in məqsədi istedadlı gəncləri dövlət qulluğuna cəlb etmək, imtahan prosesini daha çevik aparmaqdır”.
Prezident Administrasiyasının dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov bildirib ki, dövlət orqanları tərəfindən dövlət qulluğuna qəbulla bağlı qanunvericiliyin tətbiqi zamanı səmərəliliyin artırılması vacib məsələlərdən biridir. Dövlət orqanları dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi işini düzgün təşkil etməlidir. Qiymətləndirmənin nəticəsindən asılı olaraq dövlət qulluqçularının ixtisasartırması ilə bağlı yeni tələblər qoyulmalıdır. Dövlət qulluqçularının həvəsləndirilməsinə də diqqət yetirilməlidir. Dövlət orqanlarında kadr potensialından düzgün və səmərəli istifadə edilməsi, qabiliyyətli dövlət qulluqçularının irəli çəkilməsi, komanda fəaliyyəti, qərar vermək qabiliyyəti və bu kimi məsələlərin həllində dövlət orqanlarının təkmilləşdirmələr aparmasına ehtiyac var.
Y.Hüseynov diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə dövlət qulluğu sahəsində islahatlar aparılıb, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması üçün müvafiq istiqamətdə münasibətləri tənzimləyən qanunvericilik bazası yaradılıb.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, Konstitusiyaya edilən son dəyişikliklər idarəetmə sistemində islahatlar tələb edir. O deyib: “İstər tələbə qəbulu, istərsə də dövlət qulluğu strateji işdir. Yarandığı gündən cəmiyyətlə sıx işləyən DİM ən şəffaf dövlət qurumlarındandır”.
Sonra DİM-in əməkdaşları “Dövlət qulluğu qanunvericiliyinə edilmiş dəyişikliklər və dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi məsələləri”, “Azərbaycan Respublikasında dövlət qulluqçularının reyestrinin aparılması qaydaları”, “Dövlət qulluğu üzrə elektron xidmətlər və vəzifələrin idarə edilməsi sistemi” mövzularında təqdimatla çıxış ediblər.
DİM-in hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov təqdimatında dövlət qulluğuna qəbulda və inzibati vəzifələrin tutulmasında edilmiş dəyişikliklər və qanunvericiliyin tətbiqi üzrə yol verilən pozuntular, həmin pozuntuların aradan qaldırılması üzrə mərkəzin fəaliyyətindən danışıb. Bildirilib ki, qanunvericilikdə edilmiş əsas dəyişiklik dövlət qulluğuna qəbul sisteminin əhatə dairəsinin genişləndirilməsi olub.
V.Əsgərov vakant vəzifələrin tutulması üçün daxili müsahibə keçirildikdə və daxili müsahibə nəticəsində vakant vəzifə tutulmadığı halda, həmin vəzifənin 30 gün müddətində ümumi müsahibəyə çıxarılması və ümumi müsahibə yolu ilə tutulmadığı halda isə mütləq qaydada müsabiqəyə çıxarılması barədə qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat verib. Qeyd edilib ki, bugünədək vakant vəzifələrin ümumi müsahibəyə və ya müsabiqəyə çıxarılması məcburi olmadığı halda, yeni qaydalarla artıq bu məcburi norma olaraq müəyyən edilib.
Konfransda, həmçinin DİM və Litva Dövlət Katibliyi tərəfindən birgə həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda dövlət qulluğu islahatlarının davam etdirilməsinə dəstək” layihəsinin icra vəziyyəti, gələcək planlar barədə də iştirakçılara məlumat verilib.
Sonda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı verilən suallar DİM-in əməkdaşları tərəfindən cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57

