AzMİU-da “Məzun günü” keçirilib
05.07.2017 [09:59]
Dünən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Məzun günü” keçirilib. Tədbirdə millət vəkilləri, özəl qurumların təmsilçiləri, AzMİU-nun fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak ediblər.
Universitetin Akt zalında düzənlənən tədbir AzMİU tələbələrinin ifasında dünya şöhrətli müğənni Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başlayıb. Giriş sözü ilə qonaqları salamlayan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova məzun adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb, onlara təhsil aldıqları universitetin adını daim uca tutmağı tövsiyə edib. O qeyd edib ki, bu gün zəngin elm və təhsil ənənələrinə malik olan universitetin həyatında 42-ci təntənəli buraxılış gecəsinə toplaşıblar: “Başa vurduğumuz tədris ilində universiteti bakalavr səviyyəsində 25 ixtisas üzrə 1223 tələbə bitirir. Təhsilin magistratura səviyyəsində 153 magistr məzun olur. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, onlardan 25-i universiteti fərqlənmə diplomu ilə bitirir. Bakalavr tələbələrimizdən 221 nəfər təhsilin magistratura pilləsinə qəbul imtahanlarını uğurla başa vurub. Bu il SABAH qruplarının ilk məzunu olaraq 53 tələbə memarlıq, inşaat mühəndisliyi, nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə universiteti bitirir, SABAH məzunlarından 7 nəfər Avropanın qabaqcıl universitetlərinin magistraturasına qəbul olunub”.
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində təhsilin inkişaf etdiyini bildirən rektor ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin qazandığı uğurlardan da danışıb. Gülçöhrə Məmmədova onu da qeyd edib ki, universitetin qarşısında duran mühüm vəzifələrdən ən önəmlisi ölkəmiz üçün yüksək ixtisaslı, savadlı milli kadrlar hazırlamaqdır. Rektor ölkədə keçirilən bilik və idman yarışlarında, könüllülük hərəkatında, Vətənin qorunmasında AzMİU tələbələrinin təmsil olunmasını qürurverici hal adlandırıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli təmsil etdiyi qurumun rəhbərliyi adından məzunları təbrik edib, ölkəmizin yüksək bilik və bacarıqlı gənclərə daim ehtiyacı olduğunu vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. AzMİU-nu sabahın qurucuları hazırlayan elm-təhsil ocağı kimi dəyərləndirən akademik burada ölkəmiz üçün çox vacib olan ixtisaslar üzrə mütəxəssislərin hazırlandığını qeyd edib. O ümidvar olduğunu bildirib ki, universitetin builki məzunları respublikamızda geniş vüsət alan tikinti, quruculuq və abadlıq işlərində fəal çalışacaqlar.
Tədbirdə universitetin müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomlarının təqdim olunma mərasimi keçirilib, təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə mükafatlar verilib. AzMİU-nu fərqlənmə diplomu ilə bitirən əcnəbi tələbələr bu universitetin tələbəsi olmağın üstünlüklərindən danışıb, universitet rəhbərliyinə, müəllimlərinə təşəkkürlərini bildiriblər.
Sonda Məzun günü AzMİU-nun özfəaliyyət ansamblı üzvlərinin ifasında konsert proqramı ilə davam edib. Universitetin rəqs qrupu və qonaqlar öz çıxışları ilə məzunların sevincinə şərik olublar.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42

