/ / Akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının elmi müzakirəsi olub
Akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının elmi müzakirəsi olub
21.06.2017 [09:33]
İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunda akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının elmi müzakirəsi olub.
AZƏRTAC xəbər verir ki, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov K.Abdullanın bədii, elmi və ictimai-siyasi fəaliyyəti, “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatları barədə məlumat verib. Bildirilib ki, bu monoqrafiya müəllifin “Gizli Dədə Qorqud” silsiləsindən çalışmalarının məntiqi davamıdır. Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim edilir. “Kitabi-Dədə Qorqud” mətnləri üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər. Qədim yazılı abidələrin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir. Yeni nəşr mifologiya, yazılı abidələr, poetika, üslubiyyat, semiotika və semantika istiqamətində çalışanlar üçün dəyərli mənbədir. Kitab müqəddimə, iki ayrıca hissə, ümumi nəticə, son söz və əlavələrdən ibarətdir. Müqəddimədə kitabın adı haqqında müəllifin qeydləri, anaxronik mətn, mif dövrü mətninin xüsusiyyətləri və s. haqqında elmi təhlil yer alıb.
Akademik İsa Həbibbəyli dastan janrının formalaşmasından və inkişaf mərhələlərindən, ədəbiyyatımızda “Kitabi-Dədə Qorqud”un ilk tədqiqatlarından söz açıb, kitabla bağlı təəssüratlarını bölüşüb. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanını xatırladan akademik bundan sonra bu qədim abidə ilə bağlı elmi-tədqiqatların daha da genişləndirildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, akademik K.Abdullanın yaradıcılığında bu mövzu mühüm yer tutur və geniş tədqiq olunur. Bu kitabda K.Abdulla “Kitabi-Dədə Qorqud” dastanının mifoloji qatının sistemini görüb, onu özünəməxsus şəkildə təqdim edib. O, “Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə “Sintaktik paralelizm” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Alimin qorqudşünaslığa dair “Gizli Dədə Qorqud”, “Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud - 2”, “Mifdən Yazıya - Gizli Dədə Qorqud” kitabları nəşr edilib.
K.Abdulla kitabdakı bəzi məqamlara aydınlıq gətirib, iştirakçıların monoqrafiya ilə bağlı suallarını cavablandırıb.
Akademik Teymur Kərimli və digər çıxış edənlər kitabla bağlı fikirlərini bildirib, monoqrafiyanın tədqiqatçılar üçün dəyərli mənbə olduğunu qeyd ediblər.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

