“Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub
14.06.2017 [10:05]
Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, kitab Heydər Əliyevin Gürcüstana ilk səfərindən sonra iki ölkə arasında yaranan əlaqələrdən bəhs edir. O bildirib ki, gürcü və Azərbaycan dillərində nəşr olunan kitabın müəllifi Azərbaycan Dövlət Televiziyasının Gürcüstandakı müxbiri Şahismayıl Şəmmədoğludur: “Biz qonşu xalqlarıq və ortaq adət-ənənələrimiz var. Bütün bunlar ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirir. Tədbirin Milli Qurtuluş Gününə həsr olunması da təsadüf deyil. Çünki Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Gürcüstan-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Kitabda Heydər Əliyevin Gürcüstandakı görüşləri ilə yanaşı, Ona bu ölkənin ictimai-siyasi xadimlərinin verdiyi böyük qiymət də öz əksini tapıb”.
Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, kitabda Gürcüstanda yaşayan azərbaycanlılar haqqında geniş məlumat verilib: “İki ölkə arasındakı münasibətləri səciyyəvi edən əsas məsələ soydaşlarımızın orada yaşamasıdır. Gürcüstanla əlaqələrə diqqət yetirsək, görəcəyik ki, bu əlaqələr məhz 1994-cü il Heydər Əliyevin Gürcüstana səfəri ilə bağlıdır. Bu səfər böyük tarixi əhəmiyyətə malikdir və bununla Gürcüstan-Azərbaycan dostluğu daha da möhkəmlənib”.
Professor Cahangir Məmmədli qeyd edib ki, Heydər Əliyev Azərbaycan-Gürcüstan münasibətlərini yüksək səviyyəyə qaldırıb: “Sovet dövründən Heydər Əliyev Gürcüstanla münasibətlərə çox önəm verib. Hesab edirəm ki, Heydər Əliyev nəinki bizim, eyni zamanda Gürcüstan azərbaycanlılarının da Ümummilli lideridir”.
Millət vəkili Flora Qasımova isə çıxışında bildirib ki, Heydər Əliyevin iki ölkə arasında dostluq münasibətlərinin təşəkkül tapmasında və Azərbaycanın xarici siyasətinin formalaşmasında, yaxın qonşularla əlaqələrin inkişafındakı xidmətini unutmaq olmaz: “Ümumiyyətlə, Azərbaycanın Gürcüstanla tarixi əlaqələri var və bizim aramızda hər hansı problem yaşanmayıb. Düzdür, əvvəllər Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti yaxşı deyildi. Ancaq Ulu öndər hakimiyyətə gəldikdən sonra soydaşlarımızın problemləri həllini tapdı. Mən ümid edirəm ki, iki ölkə arasında dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək”.
Sonda çıxış edən kitabın müəllifi Şahismayıl Şəmmədoğlu Heydər Əliyevin Gürcüstan səfərlərində yaşanan hadisələri qələmə aldığını vurğulayıb. Onun sözlərinə görə, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə Gürcüstanda yaşayan azərbaycanlılar çox sevinib: “Çünki onlar bilirdilər ki, bununla problemləri öz həllini tapacaq. Təsadüfi deyil ki, birbaşa Heydər Əliyevin tapşırığı ilə soydaşlarımızın sosial, iqtisadi problemləri aradan qaldırıldı. Xüsusilə, təhsil sahəsində mühüm addımlar atıldı. Orada azərbaycanlılar yaşayan ərazilərdəki məktəblər təmir olundu. Düşünürəm ki, Heydər Əliyev haqqında çox kitablar yazılmalıdır. Gürcülər Heydər Əliyevə bir qəhrəman kimi baxırlar”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

