Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib
11.05.2017 [10:17]
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dünya şöhrətli siyasi xadim, təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təntənəli mərasim keçirilib.
DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev tədbirdə çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə ölkəmizin bütün həyatı əhəmiyyətli sahələrində, o cümlədən sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın inkişafı, xalqımızda dövlətçilik ideyalarının və azərbaycançılıq məfkurəsinin, mədəniyyətin yüksəlişi, gələcək dövlət müstəqilliyinin təməlinin qoyulması, sonradan onun qorunması və daha da gücləndirilməsi dövrü kimi daxil olub.
1993-cü ilin iyununda xalqın israrlı çağırışı və zamanın hökmü ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev sarsılmaz qətiyyəti və iradəsi, müdrik və uzaqgörən siyasəti sayəsində qurtuluş missiyasını şərəflə yerinə yetirib və müstəqilliyini yenicə bərpa edən ölkəni xaosdan, vətəndaş müharibəsindən, parçalanmadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas edib.
General-leytenant Mədət Quliyev qeyd edib ki, müstəqil Azərbaycan Respublikası Ulu öndərin bəxş etdiyi tərəqqi yolunda inamla irəliləyir, dövlətçiliyini qətiyyətlə qoruyur və möhkəmləndirir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlər əldə edir. Heydər Əliyev siyasi irsi, respublikanın sükanı etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli liderin siyasi xəttini layiqincə davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq nüfuzu, ölkə rəhbərinə hədsiz ümumxalq məhəbbəti bir daha göstərir ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük uğurlara, yeni-yeni zəfərlərə doğru inamla addımlayır. Bütün bunlar Ulu öndərin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən inkişaf xəttinin möhtəşəm təntənəsidir.
Mədət Quliyev bildirib ki, bizim və gələcək nəsillərin Ümummilli lider Heydər Əliyevin ruhu qarşısında müqəddəs borcu Ulu öndərin həyatı bahasına qurub-yaratdığı və xalqımıza miras qoyduğu müstəqil Azərbaycanın çiçəklənməsi və güclənməsi naminə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin ətrafında daha da sıx birləşərək, fədakarlıqla çalışmaq, dövlətimizin qüdrətlənməsinə sədaqətlə xidmət etməkdir.
Sonra Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə DTX-nin struktur bölmələrinin əməkdaşları arasında keçirilmiş idman turnirinin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirin sonunda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

