/ / Mərdəkan qəsəbəsində 183 saylı tam orta məktəbin 80 illik yubileyi münasibətilə tədbir keçirilib
Mərdəkan qəsəbəsində 183 saylı tam orta məktəbin 80 illik yubileyi münasibətilə tədbir keçirilib
18.04.2017 [09:17]
Aprelin 15-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində 183 saylı tam orta məktəbin 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər, şagirdlər, məktəbin keçmiş məzunları, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər. Tədbirdə öncə məktəbin uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən məktəbin direktoru Rəhilə Abbasova qonaqları salamlayaraq təhsil müəssisəsinin tarixindən söz açıb. Bildirib ki, 183 nömrəli tam orta məktəbin təməli 1937-ci ildə qoyulub. Sonralar məktəb əsaslı şəkildə yenilənib və zamanın tələbinə uyğunlaşdırılıb. Belə ki, 2011-ci ildə məktəb Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilib. Direktor tədris ocağında hazırda 1114 şagirdin təlim-tərbiyəsi ilə 62 müəllimin məşğul olduğunu qeyd edib.
Tədbirdə çıxış edən millət vəkili Rauf Əliyev bildirib ki, 183 saylı məktəb Xəzər rayonunun qabaqcıl məktəblərindən biridir: “Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər bir şərait yaradılıb. Əlbəttə, əvvəllər belə olmayb. Məktəbdə şagird yerləri ilə bağlı sıxlıq, maddi-texniki bazası ilə bağlı ciddi problemlər mövcud olub. Rayonun digər məktəbləri kimi, 183 saylı məktəb də müvafiq Dövlət Proqramına uyğun olaraq yenidən qurulub və ən müasir avadanlıqlarla təmin olunub. 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən məktəb üçün yeni korpus tikilib istifadəyə verilib. Məktəbdə geniş idman zalı, kitabxana, akt zalı müəllim və şagirdlərə xidmət göstərir. Məktəbdə tədris şəraitinin yaxşılaşdırılması təhsilin keyfiyyətinə və nəticələrə müsbət təsir göstərir. Ali məktəblərə qəbul olanların sayı ildən-ilə artır”.
R.Əliyev bildirib ki, müasir vətənpərvər, xalqını və dövlətini sevən gəncliyin yetişdirilməsində məktəblər böyük rol oynayır.
Tədbirdə çıxış edən digər qonaqlar son illər ölkəmizdə aparılan təhsil islahatlarından söz açaraq, bildiriblər ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev hər zaman təhsilə böyük diqqət və qayğı göstərir.
Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Sonda məktəbin səmərəli fəaliyyətinə görə fərqlənən müəllimlər Fəxri fərmanla təltif ediliblər.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23

