Nəsimi rayonunda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli müzakirə olunub
14.03.2017 [09:50]
Nəsimi rayonunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə martın 9-da keçirilən müşavirədə verilmiş tapşırıqların icrası və qarşıya qoyulan vəzifələrlə bağlı məsələlər müzakirə olunub.
Nəsimi rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə rayonun müəssisə və təşkilatlarının, yerli strukturlarının, xidmət sahələrinin, təhsil və səhiyyə ocaqlarının rəhbərləri, işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin salınmış bir milyondan artıq soydaşımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin daim diqqət mərkəzində saxladığı prioritet sahələrdən biridir və hazırda bu sahədə qətiyyətli addımlar atılır. Ölkənin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin aradan qaldırılmasının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən müşavirənin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr olunması bir daha onu göstərir ki, xalqımızı narahat edən bu məsələnin həlli dövlət siyasətinin əsasını təşkil edir.
Tədbirdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nəsimi rayonu sektorunun müdiri Bəyverdi Novruzov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Nəsimi rayon üzrə nümayəndəsi Nizami Musayev, Xocalı rayon İcra Hakimiyyətinin Nəsimi rayon üzrə nümayəndəsi Sahibə Şahmuradova çıxış edərək məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Azərbaycan Tibb Universitetinin təsərrüfat işləri üzrə prorektoru Aydın Vəliyev və 3 saylı peşə məktəbinin direktoru Sabir Əliyev çıxış edərək yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitləri barədə geniş məlumat veriblər. Həmçinin Rayon Məşğulluq Mərkəzi tərəfindən rayon ərazisində məskunlaşmış məcburi köçkünlərin Dövlət Proqramının tələblərinə uyğun olaraq işlə təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Rayonun 5 və 20 saylı şəhər poliklinikalarının baş həkimləri Leyla Şərifova və Tamerlan İsmayılov çıxış edərək məcburi köçkünlərə göstərilən tibbi xidmət barədə danışıblar.
Sonda Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müvafiq qurumlara tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

