2016-cı ildə Yevlax rayonunda ümumi məhsul buraxılışının həcmi 540,6 milyon manat olub
10.02.2017 [10:02]
2016-cı ildə Yevlax rayonunda ümumi məhsul buraxılışının həcmi 540,6 milyon manat olub. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 55,3 milyon manat və yaxud 11,4 faiz çoxdur. Məhsul buraxılışının 10,6 milyon manatını sənaye, 76,3 milyon manatını kənd təsərrüfatı, 32,9 milyon manatını tikinti təşkil edib. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 34,5 milyon manat olub. Bu barədə Yevlax rayonunda 2016-cı ilin yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib.
İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun məruzəsində bildirilib ki, ötən il İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzinin, Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binaları və Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 11 ev istifadəyə verilib. Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, 12 saylı Ərazi Vergilər Departamentinin, 100 yerlik uşaq bağçası binalarının, Kür çayı üzərində dəmir yol körpüsünün tikintisi aparılır. 1 nömrəli musiqi məktəbi və İrəvanlı qəsəbəsindəki məktəb binası əsaslı təmir olunur. Rayonun 6 kəndinin ərazisindən keçən Mingəçevir-Aran qəsəbəsi avtomobil yolu genişləndirilir və yenidən qurulur.
Aqrar sahədə əldə olunan uğurlardan bəhs edilərkən bildirilib ki, 2016-cı ildə rayonda 1415 hektar pambıq əkilib, təcrübə məqsədilə 17 hektarda fındıq bağı salınıb. İki tona yaxın barama istehsal olunub. Rayonun əkin sahələrinin suvarılmasına xidmət edən 430,5 kilometr uzunluğunda suvarma kanalları lildən təmizlənib. 5 və 6 nömrəli paylayıcı beton kanallarda əsaslı təmir işləri görülüb, Nemətabad kəndinin əkin sahələrinin suvarılmasına xidmət edəcək 700 metr uzunluğunda beton kanal çəkilib. 420 hektar əkin sahəsini suvarmaq məqsədilə “Qaroğlan” nasos stansiyası tikilib istifadəyə verilib. Hazırda Aran bələdiyyəsi ərazisində 6 min hektar sahədə aqropark yaradılır.
Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, aqrar sahənin, təhsilin, mədəniyyətin inkişafı, elektrik enerjisi, təbii qaz və içməli su ilə təminat sahəsində görülən işlər ətraflı təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50

