Böyük Vətən müharibəsi veteranı Fatma Səttarovanın 95 illik yubileyi qeyd edilib
26.01.2017 [09:57]
Böyük Vətən müharibəsi veteranı Fatma Səttarova ziyalı kimi ölkəmizin ictimai-siyasi həyatında, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Böyük Vətən müharibəsi veteranı Fatma Səttarovanın anadan olmasının 95 illik yubileyi münasibətilə yanvarın 25-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdə səslənib.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, Prezident İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarına daim diqqət və qayğı ilə yanaşır, onların sosial məsələlərinin və problemlərinin həllinə çalışır. Veteranların sosial təminatı yüksək səviyyədə həll olunur, onların yubileyləri qeyd edilir. Bu sahədə Azərbaycan MDB dövlətləri ilə müqayisədə ilk sıralardadır. Respublika Veteranlar Təşkilatında Böyük Vətən müharibəsinin iştirakçısı Fatma Səttarovanın 95 illik yubileyinin təntənəli şəkildə qeyd olunması bu diqqət və qayğının bariz nümunəsidir.
Cəlil Xəlilov qeyd edib ki, bu il Fatma Səttarovanın anadan olmasının 95 illiyi tamam olur. Onu bütün Azərbaycan ictimaiyyəti və xalqı yaxşı tanıyır. 1941-ci ildə Fatma Səttarova Böyük Vətən müharibəsində tibb bacısı kimi Azərbaycan oğulları ilə bərabər könüllü surətdə cəbhəyə yollanıb. Müxtəlif hospitallarda xidmət edən, həmçinin Leninqradın blokadasında və Moskva ətrafında gedən döyüşlərdə iştirak edən Fatma Səttarova müharibədən sonra Vətənə qayıdaraq ali təhsil alıb və müxtəlif vəzifələrdə çalışıb. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərən Fatma xanım yüksək təhsili, geniş dünyagörüşü ilə fərqlənir. Uzun illər dövlət qurumlarında çalışdığı dövrlərdə o, səmərəli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirib.
Ölkəmizdə veteran hərəkatının inkişafında F.Səttarovanın töhfələrindən danışan Cəlil Xəlilov deyib: “Fatma Səttarova müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etməklə, onun tanıdılmasında əməyini və gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində öz biliyini əsirgəmir. Fatma Səttarovanın həyatı bu gün gənc nəslin Azərbaycanın layiqli vətəndaşları kimi yetişməsində dəyərli nümunələrdən biridir. O, Azərbaycanı MDB ölkələrində, o cümlədən Rusiya, Belarus, Ukraynada İkinci Dünya müharibəsi ilə bağlı keçirilən tədbirlərdə layiqincə təmsil edərək ölkəmiz, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayır”.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Milli Məclisin deputatı Adil Əliyev yubilyarı təbrik edib, ona xoş arzularını çatdırıblar. Dövlətimizin başçısının veteranlara, yaşlı nəslin nümayəndələrinə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Rayonun ictimai-mədəni həyatında da böyük xidmətləri olan Fatma Səttarovanın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində yaxından iştirakı xüsusi vurğulanıb. Qeyd edilib ki, Fatma Səttarovanın keçdiyi həyat yolu, təcrübəsi Azərbaycan gənclərinə nümunədir və bu gün veteranlarımızın mövqeyi gənclərimiz üçün vacibdir. Gənclərimiz veteranların həyat və təcrübəsindən daim faydalanmalıdırlar. Veteranlarımız və gənclərimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, Ona dəstək olmalıdırlar.
Tədbirdə Fatma Səttarova Respublika Veteranlar Təşkilatının “Veteran həmrəyliyi” medalı ilə təltif edilib. Eləcə də ona Moskva uğrunda döyüşlərin 75 illiyi ilə bağlı xatirə medalı təqdim edilib.
Yubilyar çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib. Vətəni layiqincə təmsil etməsindən görə qürur duyduğunu vurğulayan Fatma Səttarova hər zaman veteranların qayğısına qalan, onların ehtiyacları ilə maraqlanan Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevə və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya veteranlar adından minnətdarlığını çatdırıb.
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

