AZƏRTAC-ın kollektivi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib
19.01.2017 [10:10]
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar yanvarın 18-də AZƏRTAC-da anım mərasimi keçirilib.
Mərasim iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edənlər 20 Yanvarın Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şanlı səhifələrindən biri olduğunu bildiriblər. Qeyd olunub ki, sovet imperiyası rəhbərliyinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın suverenliyini və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Bakıya yeritdiyi böyük ordu hissələri amansız cinayətlər və kütləvi qırğınlar törətdi. O qanlı gecədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 mülki şəxs qətlə yetirildi, 744 günahsız insan yaralandı, yüzlərlə şəxs itkin düşdü, yaxud qanunsuz həbs edildi. Lakin sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı. Bu yolda ilk şəhidlərini verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu. Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.
Vurğulanıb ki, həmin dövrdə Azərbaycan ətrafında yaranmış informasiya blokadasını Ümummilli lider Heydər Əliyevin sayəsində aradan qaldırmaq mümkün olub. O vaxt Moskvada yaşayan Ulu öndər Özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq Azərbaycanın Rusiyadakı nümayəndəliyinə gəldi, bu ağır gündə xalqı ilə birlikdə olduğunu bəyan etdi. Ümummilli lider Bakıda kütləvi qırğın törədilməsini qətiyyətlə pislədi və 20 Yanvar haqqında həqiqətləri ilk dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət də məhz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra verildi. Ulu öndərin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi tövsiyə olundu. Bundan sonra Milli Məclis 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Bununla da 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Eyni zamanda, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə və hadisələr zamanı əlil olanlara qayğının artırılması ilə bağlı mühüm addımlar atıldı.
Bildirilib ki, 20 Yanvar faciəsi haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində mütəmadi fəaliyyət göstərən AZƏRTAC-ın kollektivi bunu özünün peşə və vətəndaşlıq borcu hesab edir. Qanlı Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin və AZƏRTAC-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu bu baxımdan diqqət çəkən işlərdən biridir. Agentlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək, 20 Yanvar hadisələri haqqında həqiqətlərin daha geniş coğrafiyada yayılması üçün səylərini əsirgəməyəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

