/ / Professor Gülçöhrə Məmmədova: Azərbaycanda kosmik proqramın inkişafında akademik Roald Saqdeyevin dəyərli tövsiyələri olub
Professor Gülçöhrə Məmmədova: Azərbaycanda kosmik proqramın inkişafında akademik Roald Saqdeyevin dəyərli tövsiyələri olub
18.01.2017 [09:48]
Yanvarın 17-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) kosmik tədqiqatlar sahəsində görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, akademik Roald Saqdeyevlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova R.Saqdeyevin uzun və şərəfli ömür yolundan bəhs edib.
Akademikin elmi fəaliyyətindən danışan G.Məmmədova onun elmə gətirdiyi yeniliklər barədə görüş iştirakçılarına məlumat verib. Rektor qeyd edib ki, Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişafı sahəsində akademik R.Saqdeyevin dəyərli tövsiyələri olub.
Göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən R.Saqdeyev belə görüşlərin əhəmiyyətini vurğulayıb. O, uzun illər çalışdığı sahə üzrə məlumat verib, Azərbaycanda kosmik fəaliyyətin uğurla həyata keçirildiyini və bu sahədə kifayət qədər ixtisaslı kadrların hazırlandığını qeyd edib. Akademik “Azərkosmos”un uğurlu layihə olaraq bir modelə çevrildiyini, Azərbaycanın dünyanın kosmik ölkələri sırasında əhəmiyyətini diqqətə çatdırıb. Ölkəmizin telekommunikasiya peykinin verdiyi üstünlükləri vurğulayan R.Saqdeyev bundan sonra da Azərbaycan xalqı üçün hər zaman əlindən gələn köməyi etməyə hazır olduğunu söyləyib.
Tədbirdə AzMİU, onun tarixi, fakültələri, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri barədə slayd- şou nümayiş etdirilib. Bu slayd-şou R.Saqdeyevin marağına səbəb olub, sonra görüş iştirakçıları ilə qonaq arasında maraqlı elmi müzakirələr, fikir mübadiləsi aparılıb. Qonaq görüş iştirakçılarının suallarını cavablandırıb.
Görüşdən sonra R.Saqdeyev universitetin elmi kitabxana və laboratoriyaları ilə tanış olub, imtahan prosesini müşahidə edib.
Qeyd edək ki, akademik R.Saqdeyev uzun illər SSRİ Kosmik Tədqiqatlar İnstitutuna rəhbərlik edib, nüvə silahsızlaşdırılması problemləri ilə məşğul olub. 1990-cı ildə ABŞ-a köçən akademik hazırda Merilend Universitetinin professorudur, Şərq-Qərb Kosmik Elmi Mərkəzinə rəhbərlik edir. Görkəmli alim ölkəmizlə kosmik sahədə faydalı əməkdaşlığına, Azərbaycan ilə ABŞ arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsində və inkişafındakı xidmətlərinə görə Azərbaycan Mühəndislik Akademiyasının “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif edilib. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətinə görə akademik R.Saqdeyevi “Dostluq” ordeni ilə mükafatlandırıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06

