“ASAN viza” portalının təqdimat mərasimi keçirilib
17.12.2016 [12:18]
Dekabrın 16-da “ASAN viza” portalının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN viza” portalının hazırda test rejimində fəaliyyət göstərdiyini, yanvarın 10-dan etibarən isə tam istifadəyə veriləcəyini bildirib.
Qeyd edilib ki, portalın yaradılmasında məqsəd Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsidir. Bu portalın üstünlüyü ondan ibarətdir ki, artıq əcnəbilər evlərindən çıxmadan, növbə gözləmədən, sənədlər toplamadan onlayn müraciət edərək viza əldə edə biləcəklər.
Diqqətə çatdırılıb ki, ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birdəfəlik elektron viza almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra vizası 3 iş günü müddətində elektron poçt ünvanına göndəriləcək. Viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir. Bu rüsum vizaya baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır. Elektron viza müraciətlərinin bir nəfər, ailə (ən azı 2, ən çoxu 10 nəfər) və qrup şəklində (ən azı 10, ən çoxu 300 nəfər) edilməsi nəzərdə tutulur.
Dövlət Agentliyinin sədri xatırladıb ki, “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində “ASAN viza” sisteminin yaradılması təmin edilib.
İnam Kərimov məlumat verib ki, indiyədək “ASAN xidmət”ə 13 milyondan çox vətəndaş müraciət edib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98-100 faizdir. O vurğulayıb ki, elektron xidmətlərin bütün sahələrdə inkişafı vacibdir. Elektron xidmətlərə keçidin təmin olunması dövlət üçün prioritet sahədir.
“Məlum olduğu kimi, son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr üzrə hərtərəfli islahatlar həyata keçirilir. Bu islahatlar ölkəmizin siyasi, sosial və iqtisadi inkişafına müsbət təsir edir və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirir. “ASAN xidmət” mərkəzləri yalnız Azərbaycan vətəndaşlarına deyil, o cümlədən ölkəmizdə yaşayan xaricilərə və vətəndaşlığı olmayan şəxslərə də çoxsaylı dövlət xidmətləri göstərir”, - deyə Dövlət Agentliyinin sədri qeyd edib.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib ki, viza siyasətinin sadələşdirilməsi və ölkələr arasında birbaşa uçuşların olması mühüm əhəmiyyət kəsb edir. Ölkəyə gələn xarici turistlər üçün viza prosedurlarının sadələşdirilməsi, əcnəbi vətəndaşların Azərbaycana səfərlərinin asanlaşdırılması, mövcud maneələrin aradan qaldırılması önəmlidir. Viza siyasətinin liberallaşdırılması ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərir. Statistikaya görə, Azərbaycana səfər edənlərin təxminən 70 faizi ölkəmizlə vizasız rejimdə olan ölkələrdən gələn xarici vətəndaşlardır. Gürcüstan və Türkiyə kimi qonşu ölkələrin, eləcə də bir sıra digər dövlətlərin uğurlu təcrübəsi göstərir ki, viza siyasəti tam sərbəst olduqda və viza ilə bağlı mürəkkəb sənədləşdirmə prosesi tam aradan götürüldükdə bu, ölkəyə olan turizm axınlarının artmasına müsbət təsir göstərir. Ölkəyə gələn xarici turistlərin sayının artması isə öz növbəsində iqtisadiyyatın güclənməsinə, yeni iş yerlərinin açılmasına, infrastrukturun təkmilləşdirilməsinə, ortaq sahibkarlığın inkişafına kömək edir.
Sonra “ASAN viza” portalı təqdim edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12

