“Regional İnkişaf” İctimai Birliyi və UAFA təşkilatı birgə layihə həyata keçirir
14.12.2016 [10:11]
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memoranduma əsasən, RİİB və UAFA regionlarda əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi və onların həlli istiqamətində birgə layihələr həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu istiqamətdə artıq iki rayonda - Biləsuvarda və Cəlilabadda “Davamlı regional inkişaf proqramı”nın icrasına başlanılıb. 2017-ci il oktyabrın 19-dək davam edəcək proqram çərçivəsində reallaşan layihə aztəminatlı ailələrin davamlı kənd təsərrüfatı imkanlarının genişləndirilməsini, sahibkarlıq fəaliyyətinin təşviqini, uşaqlara yönəlik müasir metodologiyalar vasitəsilə səhiyyə, təhsil və sosial xidmətlər şəbəkəsinin gücləndirilməsini nəzərdə tutur.
Regionlarda layihənin həyata keçirilməsində iştirak etmək məqsədilə UAFA tərəfindən ali məktəb məzunları arasından seçilən gənclərə müvafiq təlimlər keçirilib.
Layihə nümayəndələri kimsəsiz uşaqların, hüquqi və sosial dəstəyə ehtiyacı olan şəxslərin problemlərini öyrənmək və onların həlli məqsədilə müvafiq dövlət qurumları ilə əlaqələndirmək üçün Biləsuvar və Cəlilabad rayonlarında ailələrdə görüşlər keçiriblər.
Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. Birliyin əsas məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda layihələr həyata keçirmək, aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. RİİB, eyni zamanda, vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun qurulması, ictimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Birliyin fəaliyyəti bütün respublika ərazisini əhatə edir və bölgələr üzrə regional mərkəzləri var.
1998-ci ildən fəaliyyət göstərən UAFA isə ölkəmizdə əlilliyi olan insanların reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası, yoxsulluğun azaldılması, müxtəlif sosial problemlərdən əziyyət çəkən uşaqlara və ailələrə dəstək göstərilməsi, uşaqlara öz potensiallarını inkişaf etdirmək üçün imkanların yaradılması, inklüziv təhsil və digər sahələrdə layihələr həyata keçirir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54

