/ / Ölkəmiz vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək reytinqə layiq görülüb
Ölkəmiz vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək reytinqə layiq görülüb
18.11.2016 [10:14]
Riyad Hüseynov: Qlobal Forum çərçivəsində Azərbaycan Respublikasının qazandığı yüksək reytinq balı ölkəmizdə şəffaf, beynəlxalq standartlara uyğun və bütün tərəfdaş ölkələrlə səmərəli məlumat mübadiləsinin aparılması imkanını təmin edən müasir vergi sisteminin mövcudluğunun əyani sübutudur
“Prezident İlham Əliyevin şəffaflığın artırılması istiqamətində apardığı məqsədyönlü siyasətə, vergi orqanları qarşısında qoyulmuş tələblərə və tapşırıqlara uyğun olaraq, ölkəmiz 2013-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumu”na üzv olub. O vaxtdan bəri vergi məsələləri üzrə xarici ölkələrlə aparılan məlumat mübadiləsinin təkmilləşdirilməsi və beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində Vergilər Nazirliyi tərəfindən aparılan işlər öz müsbət nəticələrini verməkdədir”.
Bunu KİV-ə müsahibəsində vergilər nazirinin müşaviri Riyad Hüseynov deyib. Onun sözlərinə görə, dövlət başçısının “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamı da Azərbaycanın vergi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və vergi inzibatçılığının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması istiqamətində bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Prezidentin həmin Sərəncamından irəli gələn vəzifələrdən biri də vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reytinqin əldə edilməsidir: “Son dövrlərdə beynəlxalq vergitutma sahəsində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri vergi orqanları arasında məlumat mübadiləsinin genişləndirilməsi və bu sahədə formalaşmış beynəlxalq standartların tətbiqinin təmin olunmasıdır. BMT, G8, G20 ölkələri, Avropa Şurası və Avropa İttifaqı tərəfindən tövsiyə edilən, OECD tərəfindən hazırlanmış “Vergitutma sahəsində məlumat mübadiləsi və şəffaflıq standartı” OECD-nin Model Vergi Konvensiyasının 26-cı maddəsində və 2002-ci il tarixli Vergi Məsələləri üzrə Məlumat Mübadiləsi Model Sazişində əksini tapıb. Bu standartın tətbiqinə nail olmaq məqsədilə 2009-cu ildə OECD-nin Vergi Siyasəti və İnzibatçılığı Mərkəzi nəzdində “Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum” yaradılıb. Artıq dünyanın 134 ölkəsi 2010-cu ildən faktiki olaraq müstəqil təşkilat kimi fəaliyyət göstərən bu qurumun üzvüdür. Bundan əlavə, forumda 9 beynəlxalq və regional təşkilat - BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, İnter-Amerika İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Avropa Birliyi Ölkələrinin Katibliyi müşahidəçi qismində təmsil olunurlar. Foruma üzvlük dövlətlərin, ilk növbədə, məlumat mübadiləsi haqqında müqavilələr üzrə danışıqlar aparmaq, beynəlxalq maliyyə qurumları ilə məlumat mübadiləsi etmək imkanlarını artırır. Forum vergi məqsədləri üçün şəffaflığın artırılması üzrə zəngin ekspertiza mənbəyidir. Qlobal Forumun qaydalarına əsasən, hər bir üzv ölkə iki mərhələdən ibarət qiymətləndirmə prosesinə cəlb olunur. Birinci mərhələdə qanunvericiliyin beynəlxalq standartlara uyğunluğu, ikinci mərhələdə isə həmin qanunvericiliyin praktikada tətbiqi səviyyəsi qiymətləndirilir. Hər iki mərhələnin nəticələri əsasında ölkənin beynəlxalq standartlara uyğunluq səviyyəsi müəyyənləşdirilir”.
Bildirilib ki, ölkəmiz üçün hər iki mərhələ uğurla keçib və 2016-cı il sentyabrın 30-da Azərbaycan üzrə ölkə hesabatı təsdiqlənib. Bununla da Azərbaycan vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə “Əsasən uyğundur” reytinqinə layiq görülüb.
“Qlobal Forum çərçivəsində Azərbaycan Respublikasının qazandığı yüksək reytinq balı ölkəmizdə şəffaf, beynəlxalq standartlara uyğun və bütün tərəfdaş ölkələrlə səmərəli məlumat mübadiləsinin aparılması imkanını təmin edən müasir vergi sisteminin mövcudluğunun əyani sübutudur. Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum hazırda vergitutma ilə bağlı məsələlərdə ixtisaslaşmış ən böyük təşkilat olmaqla yanaşı, onun hazırladığı standartlar ölkələrin vergi məsələlərində şəffaflığın ən mötəbər göstəricilərindən hesab edilir”, - deyə müşavir əlavə edib.
NADİR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

