Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bolqarıstan filialı açılıb
16.11.2016 [09:43]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və həmin ölkədəki Mediatorların Professional Assosiasiyasının sədri, tanınmış hüquqşünas Eliza Nikolova ilə görüş keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Mərkəzin fəaliyyəti haqqında məlumat verib. Dövlət müşaviri bildirib ki, yarandığı vaxtdan bəri BBMM çoxsaylı beynəlxalq və regional layihələr həyata keçirir. Akademik hazırda Bolqarıstanın Sofiya Universiteti də daxil olmaqla, 20 xarici, 28 yerli universitetdə Azərbaycan multikulturalizmi fənninin tədris edildiyini bildirərək deyib: “Sevgi və şəfqət hisslərinin üzərində bərqərar olan Azərbaycan multikulturalizmini tədris, təbliğ və təşviq edərək biz həm də humanizm prinsiplərinin, ümumbəşəri dəyərlərin yayılmasına çalışırıq. Mərkəz xarici ölkələrdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün mütəmadi olaraq beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil edir. Bununla da həmin gənclər nəzəri şəkildə öyrəndikləri Azərbaycan multikulturalizmi ilə əyani şəkildə tanış olmaq imkanı əldə edirlər. Azərbaycanın multikultural dəyərlərini öz gözləri ilə görən xarici tələbələr keçən il təşkil olunan yay məktəbində öz təşəbbüsləri ilə Azərbaycanın Gənc Dostları Klubunu yaradıblar. Bu gün Azərbaycanın həqiqətlərini ölkəmizin dostu olan həmin gənclər müdafiə edirlər.
Hazırda Almaniyada, İsraildə, Moldovada, İtaliyada, Portuqaliyada və Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialları fəaliyyət göstərir. Biz çox şadıq ki, bu gün Multikulturalizm Mərkəzinin sayca səkkizinci - Bolqarıstan filialının açılması ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanır. Bu işdə Azərbaycanın multikultural dəyərlərinə və bu istiqamətdə həyata keçirdiyi layihələrə dərindən bələd olan Mərkəzin Bolqarıstan filialının rəhbəri Eliza Nikolovaya uğurlar arzulayıram”.
Dövlət müşaviri çıxışında Azərbaycan və Bolqarıstan münasibətlərinin fəallaşmasında səfir Maya Xristovanın fəaliyyətinin əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Səfir Maya Xristova bu yaxınlarda Bolqarıstanın qədim Veliko-Tırnova şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunmasına göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edərək deyib: “Bu, bizim üçün böyük jestdir, mühüm əhəmiyyət kəsb edən məsələdir. Keçirdiyimiz hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bu, sidqi-ürəkdən görülmüş işə görə mən Azərbaycan xalqına və şəxsən Mehriban Əliyevaya bolqar xalqının böyük sevgisini çatdırıram”.
Sonra Mərkəzin icraçı direktoru Azad Məmmədov ilə Eliza Nikolova arasında Azərbaycan multikulturalizmi və tolerantlığının təbliği istiqamətində birgə fəaliyyət göstərmək, müştərək layihələrin icrasını, BBMM-in mənafelərini təmsil və müdafiə edən Bolqarıstan filialının fəaliyyətini təmin etmək məqsədi ilə qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Eliza Nikolova BBMM-in Bolqarıstan filialına rəhbərlik etməyin məsuliyyətli və şərəfli iş olduğunu qeyd edib. O bildirib ki, rəhbərlik etdiyi filial Azərbaycanın və Bolqarıstanın milli tarixinin, mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər, multikulturalizm və tolerantlıqla bağlı konfranslar, seminarlar, “dəyirmi masa”lar və disputların təşkilini təmin edəcək.
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

