/ / Nərimanov rayonunda “Multikulturalizm və tolerantlıq diyarı Azərbaycan” mövzusunda tədbir keçirilib
Nərimanov rayonunda “Multikulturalizm və tolerantlıq diyarı Azərbaycan” mövzusunda tədbir keçirilib
08.11.2016 [09:59]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında Nərimanov rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və AMEA-nın təşəbbüsü ilə “Multikulturalizm və tolerantlıq diyarı Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbirdə Nərimanov rayon icra başçısının müavini İradə Mahmudova, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinın əməkdaşı Sərxanbəy Xuduyev, Nərimanov rayonunda fəaliyyət göstərən başqa millətlərin icma rəhbərləri və fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova açaraq qeyd edib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. İ.Mahmudova vurğulayıb ki, Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği istiqamətində göstərdiyi konkret hədəflərə çatmaq üçün atılan əməli addımlar dövlət qurumları, hökumət adamları ilə yanaşı, hər bir vətəndaşımızın da üzərinə şərəfli vəzifə qoyur.
Sonra YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, beynəlxalq ictimaiyyəti təhdid edən təhlükəli amilləri - islamofobiyanı, dini nifrəti və s. vaxtında hiss edən ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda 2016-cı ili “Multikulturalizm ili” elan etməsi dünya birliyinə bir siyasi mesajdır, sülhə, əmin-amanlığa, ədalətə çağırışdır. Bununla Azərbaycan dünyaya dialoq və inkişaf təklif edir.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinın əməkdaşı Sərxanbəy Xuduyev də çıxış edərək bildiriblər ki, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir məkanda yerləşməklə müxtəlif millətlər və dinlər arasında aparıcı rol oynayıb ki, nəticədə ölkədə mövcud olan dözümlülük, dostluq və həmrəylik yaranıb. Odur ki, Azərbaycanda hər bir etnos digər etnosların mədəni hüquqlarını tanıyır və bu hüquqlara hörmətlə yanaşır. Bütün bunlar da ona səbəb olub ki, əsrlər boyu ölkəmizin tarixində dini və yaxud etnik zəmində qarşıdurma baş verməyib. Bu isə Azərbaycanda multikulturalizmin tarixinin burada yaşayan millətlərin, etnik qrupların yaşı qədər olduğunun göstəricisidir.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyevə Fondun fəaliyyətini əks etdirən hədiyyə təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59

