Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəmlik ayı ilə bağlı fətva verib
28.09.2016 [10:17]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası dünən keçirdiyi tədbirdə Məhərrəmlik ayı ilə bağlı fətva verib. Fətva QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçən toplantıda oxunub.
Fətvada deyilir ki, Hicri-qəməri təqvimi ilə 1437-ci il başa çatır. Yeni Hicri 1438-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2016-cı il oktyabr ayının 3-nə təsadüf edir: “Müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır. Lakin təəssüflər olsun ki, bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda, insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin nəsillərin yaddaşında əbədi yaşaması, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də dindarlar üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı, Peyğəmbər nəvəsinin iman, mənəviyyatın saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə fədakarlıq və dəyanət örnəyi olmalıdır”.
Məhərrəm ayının 10-u - Aşura gününün oktyabrın 12-nə təsadüf etdiyi bildirilib. Qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir: “Təziyə məclislərində dindarlar tərəfindən Kərbəla vaqeəsində İmam Hüseyn (ə) və onunla birlikdə şəhid olanlar yad edilməli, Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla anılmalıdır. Əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər”.
Daha sonra bildirilib ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.
Fətvada o da qeyd olunub ki, moizə və xütbələrdə erməni ekstremistləri tərəfindən zəbt olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı Ali Baş Komandanın əmrinə hər an hazır olmaq vurğulanmalı, dindarlar daima Vətən təəssübünü, milli və dövləti mənafelərini uca tutmağa çağırılmalıdır.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da iştirak edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48

