“ADA” Universiteti və “PAŞA Bank” tələbə krediti proqramını təsis edir
04.08.2016 [10:06]
“ADA” Universiteti 2016/2017-ci tədris ilindən başlayaraq təhsil haqqına yeni güzəştlər və yeni tələbə krediti imkanları təklif edir.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu barədə ali təhsil ocağında abituriyentlər və onların ailə üzvləri üçün təşkil edilən “açıq qapı” günlərində məlumat verilib. Diqqətə çatdırılıb ki, “ADA” Universiteti Azərbaycanın aparıcı banklarından olan “PAŞA Bank”la birgə ali təhsilin kreditləşməsi proqramını həyata keçirəcək. Bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr semestr üzrə təhsil haqqını uzunmüddətli (bakalavrlar üçün doqquz, magistrlər üçün beş ilədək) sosial kreditlər vasitəsilə ödəmək imkanı əldə edəcəklər. Bir sıra parametrlərlə yanaşı, tələbənin akademik göstəricilərindən də asılı olan 30 faiz ilkin ödənişlə verilən milli valyuta kreditlərinin illik faiz dərəcəsi 7 faiz təşkil edir. “PAŞA Bank” ilə tərəfdaşlıqda hazırlanan bu təhsil krediti proqramının məqsədi universitetin tədris etdiyi ixtisaslara ölkəmizin bütün regionlarından ən istedadlı gənclərin cəlb edilməsidir.
Vurğulanıb ki, universitet qəbul imtahanlarında yüksək bal toplayan tələbələri həvəsləndirmək məqsədilə qəbul balına əsasən təqaüd proqramını da elan edib. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahanlarda 690-700 bal toplamış abituriyentlərə 100 faiz, 660-689 bal toplamış abituriyentlərə 40 faiz, 640-659 bal toplamış abituriyentlərə 30 faiz, 620-639 bal toplamış abituriyentlərə isə bir semestr müddətinə təhsil haqqına 20 faiz güzəşt olunacaq. Təhsil müddətinin növbəti illərində də universitet tərəfindən tələbələrə maliyyə dəstəyi davam edəcək. Belə ki, semestr üzrə orta qiymət balı 4.0 (əla) olan tələbələr növbəti semestrin təhsil haqqına 100 faiz güzəşt alacaqlar. Orta qiymət balı nisbətən aşağı olan tələbələr də (3.00-3.89) müxtəlif məbləğlərdə güzəşt əldə edəcəklər.
Xatırladaq ki, bu il “ADA” Universiteti I qrup üzrə kompyuter elmləri, kompyuter mühəndisliyi, sistem mühəndisliyi, informasiya texnologiyaları, II qrup üzrə beynəlxalq münasibətlər, biznesin idarə edilməsi, iqtisadiyyat, III qrup üzrə dövlət və ictimai münasibətlər ixtisasları üzrə bakalavriat proqramına qəbul elan edib. Universitetdə təhsil ingilis dilindədir. İngilis dili səviyyəsi məqbul olmayan tələbələr əlavə EAPP (English for Academic Purposes Program) dil hazırlıq proqramında təhsil almalıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

