Özümü gələcəyin kimya mühəndisi kimi görürəm
04.08.2016 [10:03]
Röya Qədimli: Bakı Ali Neft Məktəbi yarandığı ilk ilindən mən burada təhsil almağı fikirləşirdim
I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbini (BANM) seçən abituriyentlərdən biri də Röya Xəlil qızı Qədimlidir. O, 690 bal toplayıb və BANM-in “Kimya mühəndisliyi” ixtisasını seçib. Röya Qədimli 1998-ci ilin dekabrında Ağdaş rayonunun Qaradağlı kəndində anadan olub. İbtidai sinfi Qaradağlı kənd məktəbində oxuyub. 5-11-ci siniflərdə isə o, Ağdaş rayonu Maqsud Şeyxzadə adına Texniki humanitar və təbiət təmayüllü gimnaziyada təhsil alıb. Röya Qədimli orta məktəb illərində əlaçı olub. Özünün bildirdiyinə görə, texniki fənlərə, xüsusilə fizika və riyaziyyat fənlərinə daha çox marağı olub:
- Orta məktəbdən riyaziyyatı və fizikanı çox sevirəm, məndən iki yaş böyük qardaşım bu fənləri sevdiyi üçün məndə də bu fənlərə maraq yarandı. Əsas da fizikanı o mənə sevdirib. Qardaşımla birlikdə elmə yönəlmişik. Uşaqlıqdan həmişə neft-qaz mühəndisi olmaq istəmişəm, amma kimyanı seçəcəm. Neft-qaz mühəndisliyini ona görə sevirəm ki, əmim dənizdə çalışır, gəmi kapitanıdır. Əmimi çox istədiyim üçün dənizi də sevirəm və bu sahə mənim üçün doğmadır.
- Bəs dənizin fırtınası qorxutmazdı səni?
- Xeyr, qorxmazdım. Əzmkarlıq cəsarət tələb edır. Mən özümü zəif hesab etmirəm. Hazırda özümü gələcəyin kimya mühəndisi kimi görürəm. Baxmayaraq ki, 7-ci sinifdə qərar vermişdim ki, neft-qaz mühəndisi olacağam.
- Humanitar fənlərə marağın olmayıb?
- Ədəbiyyata marağım var. Bədii ədəbiyyatda detektiv janrını çox sevirəm. Çingiz Abdullayevin yaradıcılığını çox sevirəm və əsərlərinin bir çoxunu oxumuşam. Həmçinin Aqata Kristinin, Artur Konan Doylun detektiv əsərlərini oxumuşam.
- BANM-də oxumaq sənin arzun olub...
- Bakı Ali Neft Məktəbi yarandığı ilk ilindən mən burada təhsil almağı fikirləşirdim. Respublikadakı nüfuzuna və reytinq cədvəllərində ön sırada olduğuna, təhsil səviyyəsinə görə BANM-i seçdim. Tələbələrinin uğurları, istehsalat təcrübəsinin yüksək səviyyədə təşkili, mühit, yüksək səviyyədə təhsil verdiyinə görə buranı seçdim. Bununla yanaşı, Bakı Ali Neft Məktəbində oxumağın çətin olduğunu bilirəm. Buna görə də mən bütün bacarığımı sərf etməyə çalışacağam. Bilirəm ki, birinci il burada ingilis dili ilboyu tədris olunur. İngilis dili biliklərimi zənginləşdirəcəyəm. Özümə inamım var.
- Kimya mütəxəssisi olaraq gələcəkdə özünü harda görürsən?
- Neft çıxartmaq uşaqlıq arzum idi, buna görə də neft-qaz mühəndisi olmaq istəyirdim. İndi isə “Kimya mühəndisliyi”ni seçmişəm. Gələcəkdə neftayırma zavodunda işləyəcəm. Neftin tərkibini yoxlayacam.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

