III Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Şəki və Qaxda
23.07.2016 [10:14]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi iyulun 22-də proqram üzrə işini Şəkidə davam etdirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında yay məktəbinin iştirakçıları yerli gənclərlə birgə AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri Fərda Əsədovun “Azərbaycan multikulturalizminin tarixi: maddi-mənəvi dəyərlər (erkən orta əsrlər)” mövzusunda mühazirəsini dinləyiblər.
Vurğulanıb ki, tarixən Azərbaycanın mədəniyyətlər qovşağında yerləşməsi həm multikultural dəyərlərin, həm də dini azad fikirliliyin, tolerantlığın təşəkkül tapmasına və inkişafına zəmin yaradıb: “Azərbaycan nadir mədəniyyətə malik ölkədir. Bu torpaqda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyət sistemlərinin təbii, tarixi inteqrasiyası baş verib. Burada tarix boyu atəşpərəstlik, türk, İran, Qafqaz, yəhudi, Xristian, İslam, Şərq, Qərb, slavyan, sosializm və digər müasir dünya sivilizasiyasını formalaşdıran mədəniyyətlər çulğalaşaraq dünyanın inkişafı üçün örnək sayıla biləcək multikulturalizm modelini formalaşdırıb.
Günün ikinci yarısında yerli gənclərlə birgə beynəlxalq multikulturalizm yay məktəbi iştirakçılarının Şəkinin Kiş kəndinə ekskursiyası təşkil olunub. Tələbələr Kişdə əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi sayılan, Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdən hesab edilən Kiş-Alban məbədi ilə tanış olublar. Onlar, həmçinin Qafqaz Albaniyası abidələrinin sərgisinə baxıblar.
Tələbələr Şəkiyə ekskursiyaları çərçivəsində Xan sarayı kompleksində və Şəki Karvansarayında da olublar. Burada gördükləri tarixi tikililər, məbədlər, Azərbaycan mədəniyyətinə xas olan şəbəkə memarlığı nümunələri, Şəki ipəyindən hazırlanmış əl işləri, şəkili ustaların hazırladıqları məişət və bəzək əşyaları, təkəlduz tikmələr, həmçinin ləziz Şəki mətbəxi xarici iştirakçıların böyük marağına səbəb olub.
Yay məktəbinin iştirakçıları Qax rayonundakı Kürmük məbədini də ziyarət ediblər. Tələbələrə məbədin tarixi ilə bağlı ətraflı məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42

