/ / Goranboyda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib
Goranboyda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib
29.06.2016 [10:06]
Goranboyda rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli şəxsləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, sonra mərkəzdə Ulu öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən muzeylə tanışlıq olub.
Konfrans dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev çıxış edərək bildirib ki, respublikamızda, o cümlədən Goranboyda tarixən müxtəlif millətlərin nümayəndələri birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşıblar. Hazırda rayonda türk, rus, kürd və digər millətlərin nümayəndələri yaşayır. Rayonun ərazisində yaşayan azsaylı xalqların nümayəndələrinin problemlərinə həssaslıqla yanaşılır və qaldırılan məsələlər tez bir zamanda həllini tapır.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə həmin münasibətlər bütün hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da qanunlarla tənzimlənir. Qeyd olunub ki, ölkə əhalisinin böyük əksəriyyəti müsəlman dininə etiqad etsə də, Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Lakin, bununla belə Azərbaycan müsəlman dünyasının bir hissəsi olduğu üçün İslam aləmində baş verən bir sıra xoşagəlməz ictimai, siyasi-iqtisadi proseslər ölkəmizdə də müəyyən narahatlıqla qarşılanır. Ona görə də müəyyən dövlət qurumları ilə yanaşı, ictimaiyyət də bu cür proseslərin - terrorun, dini radikalizmin, zərərli dini cərəyanların, qeyri-ənənəvi dinlərin ölkədə yayılmasının qarşısının alınmasında vətəndaş fəallığı göstərməlidirlər.
Vurğulanıb ki, son dövrlərdə Azərbaycandakı mövcud siyasi sabitlik, sosial-iqtisadi uğurlar bəzi xarici qüvvələri narahat etməyə başlayıb. Odur ki, ölkənin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirilən bir sıra radikal təmayüllü qrupların ayrı-ayrı vaxtlarda respublikada fəaliyyətinə cəhdlər göstərilir. Bu cür hallara qarşı hər kəs ayıq-sayıq olmalıdır.
Konfransda adət-ənənələrin icrasında yol verilən bəzi nöqsanlar haqqında da danışılıb, İslam dinində əksini tapmayan, lakin sonradan bəzi şəxslər tərəfindən uydurulan ayin və mərasimlərin qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25

