SOCAR-AQŞ-nin dəstəyi ilə sərgi təşkil olunub
20.05.2016 [10:12]
SOCAR-AQŞ sosial məsuliyyət proqramı çərçivəsində növbəti layihəni reallaşdırıb. Belə ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş sərgi təşkil olunub. Mayın 18-dək davam edən sərginin keçirilməsində məqsəd Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin bərqərar olmasında oynadığı tarixi rolu və töhfələri rəng çalarları ilə bir daha tərənnüm etdirmək idi. Peşəkar rəssamlarla yanaşı, gənc rəssamların da yaradıcılığının geniş vüsət alması baxımından SOCAR-AQŞ tədbirin baş sponsoru qismində çıxış edərək Rəssamlıq Akademiyasının təşəbbüsünü dəstəkləyib və gənc tələbələr arasında müsabiqə keçirilib. Qeyd edək ki, sərgidə iki nominasiya üzrə müsabiqə elan olunmuşdur: “Heydər Əliyevin Azərbaycan xalqının rifahı uğrunda mübarizəsi” və “Neft sənayesinin inkişafı gənclərin gözü ilə”.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov mərasimi açıq elan edərək bildirib ki, Ulu öndər Heydər Əliyev mədəniyyətimizin inkişafında yeni bir dövrün əsasını qoyub. “İncəsənətimizin maddi-texniki bazasının möhkəmləndirilməsində Ulu öndərin misilsiz rolu var. Bu gün isə gənc tələbələr arasında belə bir təqdirəlayiq müsabiqənin təşkilinə və sponsorluq fəaliyyətinə görə SOCAR-AQŞ rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bu cür təşəbbüslərin dəstəklənməsi gənc rəssamlarda ruh yüksəkliyi yaratmaqla yanaşı, milli mədəni dəyərlərin qorunması və aşılanması ənənəsini də yaşadır”.
Daha sonra SOCAR-AQŞ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova çıxış edərək bildirib ki, müəssisə gənc və istedadlı tələbələrin potensiallarını ortaya çıxara bilən təşəbbüsləri vaxtaşırı dəstəkləyir. “Bakı nefti mövzusu hələ ötən əsrdən bəri rəssamların sevə-sevə müraciət etdiyi mövzulardan biridir. Müstəqil Azərbaycanın neft-qaz sənayesinin uğurlarının təməlində isə “Əsrin müqaviləsi” dayanır. Ulu öndərin gərgin zəhməti sayəsində reallaşan bu müqavilənin töhfələri hal-hazırda sərgilənən təsviri incəsənətin əksər növlərində öz təzahürünü tapıb”.
Tədbirin sonunda münsiflər heyəti müsabiqənin 8 qalibinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq onlara təbrik plaketləri və diplomlar təqdim ediblər.
Qeyd edək ki, ümumilikdə, sərgidə 200-dən artıq əsər nümayiş olunub. Bunlardan 50-yə yaxını rəngkarlıq, 30 əsər qrafika, 47 ədəd xalça, 28 qobelen, 26 keramik və digər üslubda əsərlər 18 may tarixinədək sərgi sevərlərin ixtiyarında olub.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

