Dağıstan Mədəniyyəti Günləri çərçivəsində Xaçmaz və Qusarda zəngin bədii proqram təqdim olunub
14.05.2016 [10:05]
Mayın 13-də Rusiya Federasiyasının Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Azərbaycanda keçirilən Dağıstan Mədəniyyəti Günləri çərçivəsində Xaçmaz və Qusar şəhərlərində olub.
AZƏRTAC xəbər verir ki, Xaçmaz şəhərinin girəcəyindəki Çənlibel parkında mehribanlıqla qarşılanan qonaqlar Xaçmazın görməli yerləri ilə yaxından tanış olublar.
Qonşu respublikanın yüksək vəzifəli şəxsləri, eləcə də Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxinin təmsil olunduğu nümayəndə heyəti vaxtilə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş görkəmli dövlət xadimi Əziz Əliyevin xatirə muzeyinin qarşısındakı büstünü ziyarət edib, önünə tər çiçəklər düzüblər. Qonaqlar muzeydə görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və sənədlərlə tanış olublar.
Qardaş respublikanın nümayəndələri “Şəxsiyyətlər muzeyi”ni gəzib, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə baxıblar.
Nümayəndə heyəti Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin həyətində dünya şöhrətli oftalmoloqun abidəsini ziyarət edib, önünə gül dəstləri düzüblər.
Qardaş respublikanın nümayəndələri Ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar.
Şəhərlə tanışlıqdan sonra Heydər Əliyev Mərkəzinin qarşısında Dağıstanın tanınmış incəsənət nümayəndələrinin və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub. Konserti Xaçmazın və ətraf rayonların yüzlərlə sakini izləyib. Dağıstanın incəsənət ustaları və məşhur “Ləzginka” Dövlət Akademik Rəqs Ansamblı, “Xasavyurt” Uşaq-Gənclər Rəqs Ansamblı möhtəşəm ifaları ilə tamaşaçı alqışları qazanıb.
Tədbirdə Dağıstan Respublikası hökuməti sədrinin birinci müavini Anatoli Qəribov çıxış edərək Azərbaycanda dostları ilə görüşməkdən, ünsiyyətdə olmaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, belə görüşlər qardaş xalqlar arasında dostluğun və gələcək əlaqələrin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir.
Dağıstan Mədəniyyəti Günləri çərçivəsində Dərbənd Azərbaycan Dövlət Dram Teatrı da xaçmazlı tamaşaçıların görüşünə gəlib. Teatrın kollektivi Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Ac həriflər” tamaşasını təqdim edib.
Qardaş respublikanın nümayəndələri günün ikinci yarısında Qusar şəhərindəki general Mahmud Əbilov adına meydanda konsert proqramı ilə çıxış ediblər. Bununla yanaşı, qusarlı teatrsevərlər Süleyman Stalski adına Ləzgi Dövlət Dram Teatrı kollektivinin təqdimatında “Üç gün” adlı səhnə əsərini izləmək imkanı qazanıblar.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03

