/ / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Nəsillərə nümunə olan şərəfli ömür yolu” adlı konfrans keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Nəsillərə nümunə olan şərəfli ömür yolu” adlı konfrans keçirilib
07.05.2016 [09:23]
Dünən Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Şuşa rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı ilə birlikdə “Nəsillərə nümunə olan şərəfli ömür yolu” adlı konfrans keçirib. Əvvəlcə, konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzərək xatirəsini yad ediblər.
Konfrans iştirakçıları Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar. Daha sonra bəstəkar Sevinc Tofiqqızının Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Xatirələr” kompozisiyası təqdim olunub.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov “Heydər Əliyev və milli xilaskarlıq missiyası” mövzusunda çıxış edərək bildirib ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. “Müstəqil Azərbaycanın mövcudluğu, qüdrətli bir ölkə kimi təşəkkülü Heydər Əliyev siyasətinin bəhrəsidir və biz hamımız bunun üçün dahi insana borcluyuq. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir, Onun Öz xalqı qarşısında tarixi xidmətidir”, - deyə B.Səfərov vurğulayıb.
Daha sonra YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev “Müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları işığında”, YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər”, təşkilatın Gənclər Birliyinin sədri Yapon Hacıyev “Ulu öndərin gənclər siyasəti” mövzularında məruzə ilə çıxış ediblər.
Məruzələr ətrafında millət vəkili Elman Məmmədov, Şuşa RİH başçısının müavini Əkbər Hacıyev, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, YAP Şuşa rayon təşkilatı İdarə Heyətinin üzvü Ramiq Məhərrəmov çıxış ediblər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsinin qalibi, 12 saylı orta məktəbin IX sinif şagirdi Aytac Cavadbəyli Ulu öndərimizə həsr olunmuş şeir söyləyib.
Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub, Ulu öndərin doğum günü münasibətilə keçirilmiş futbol, şahmat yarışlarının qalibləri, eyni zamanda “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsinin qalibi qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26

