/ / İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
07.05.2016 [09:21]
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Bakı filialında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş tələbə elmi-praktik konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, giriş nitqində Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev haqqında danışmağın böyük məsuliyyət olduğunu vurğulayan universitetin rektoru, professor Əziz Əliyev deyib: “1969-cu ildə Ümummilli lider respublikaya hakimiyyətə gələndə Azərbaycan iqtisadi baxımdan geridə qalmış respublikalardan biri idi və öz göstəricilərinə görə keçmiş Sovet İttifaqının 15 respublikası arasında 13-cü yeri tuturdu. 1971-ci ildə isə Azərbaycan artıq inkişaf sürətinə görə qabaqcıl respublikalardan biri idi. Məhz o illərdə yüksək sürətlə müasir sənaye kompleksləri yaranır, kənd təsərrüfatı inkişaf edirdi. Heydər Əliyev 1982-ci ildə SRRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilir. O illərdə də Heydər Əliyev xalqın lideri kimi Azərbaycanın rifahının qayğısına qalır, xalqın maraqlarını müdafiə edir, bu istiqamətdə yorulmadan çalışırdı. Amma 1987-ci ildə Ümummilli lider böyük ədalətsizliklə üzləşir. Onun istefası Azərbaycan üçün böyük itki idi. Erməni millətçiləri bu vəziyyətdən dərhal istifadə edirlər. Heydər Əliyevin istefasından heç iki həftə keçməmiş onlar Dağlıq Qarabağın Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırırlar.
1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı Heydər Əliyev yenə də cəsarətli insan, böyük vətənpərvər olduğunu nümayiş etdirir. O, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək etiraz səsini bütün dünyaya çatdırır. 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarananda xalq Ulu öndərə müraciət edərək, Onu siyasi hakimiyyətə dəvət edir və Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçir. Bununla da Azərbaycanda quruculuq, sabitlik və inkişaf dövrü başlayır. Sabitlik təmin edilir, vətəndaş müharibəsinə son qoyulur, qanunsuz silahlı birləşmələr tərk-silah edilir və Azərbaycan islahatlar yoluna qədəm qoyur.
Ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanda bütün sahələrin dinamik inkişafı təmin olunur və böyük nailiyyətlər əldə olunub. Azərbaycan müstəqillik yolu ilə inamla addımlayır. Prezident İlham Əliyevin milli dövlət quruculuğu prosesini uğurla davam etdirməsi nəticəsində bu gün Azərbaycan regionun lider ölkəsinə çevrilib. İqtisadi, sosial, mədəni və digər sahələrdə həyata keçirilən islahatlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bu siyasət hər bir Azərbaycan vətəndaşının maddi və sosial rifahının artmasına xidmət edir”.
Sonra Birinci MDTU-nun Bakı filialının IV kurs tələbəsi Ayxan İsmayılovun “Stromal gövdə hüceyrə”, birinci kurs tələbəsi Zöhrə Bədəlovanın “Piy toxumasının endokrin funksiyası” mövzusunda məruzələri dinlənilib.
Məruzələr tematik videoçarxlarla müşayiət olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

