AzMİU-nun tələbələri petisiya layihəsinin icrasında fəal iştirak edirlər
21.04.2016 [09:57]
Xəbər verildiyi kimi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanovun imzası ilə Administrasiyaya petisiya ilə müraciət edilib. Dünən AVCİYA-nın nümayəndələri tələbələrin petisiyada daha fəal iştirakını təmin etmək üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
AzMİU-nun mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AzMİU-nun elm və texnika işləri üzrə prorektoru Arif Şərifov bildirib ki, bu layihə AVCİYA-nın 2012-ci ildə başladığı “Sərsəng harayı” adlı layihəsinin davamıdır. Assosiasiya tərəfindən aparılan işi Azərbaycan üçün taleyüklü bir məsələ kimi dəyərləndirən A.Şərifov bu petisiyaya səs verilməsinin hər kəsin vətəndaşlıq borcu olduğunu xatırladıb. O məlumat verib ki, bu günə qədər 1150 tələbə səsvermədə iştirak edib, onlardan 988-i qeydiyyatdan keçib.
AVCİYA-nın nümayəndəsi, tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı petisiyanın əhəmiyyətindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülə biləcək işlərdən danışıb. Qeyd olunub ki, AVCİYA-nın “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyası ilə bağlı müraciətində ABŞ Prezidenti Administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnaməsinin dəstəklənməsi üçün çağırış edilir. 170 mindən artıq imzanın toplandığını deyən M.Zülfüqarlı bu prosesə Türkiyə Respublikasının, eləcə də bütün müsəlman dünyasının qoşulduğunu söyləyib.
Sonra çıxış edən AVCİYA-nın nümayəndəsi, Rüfət Muradov iştirakçılara Ağ Evin rəsmi saytında petisiyaya səsvermə qaydalarını izah edib. O, səsvermənin mayın 6-na qədər davam edəcəyini bildirib, gəncləri bu prosesdə fəal olmağa çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

