Cəbhə bölgəsində yerləşən Tərtərdə əhalinin əhval-ruhiyyəsi və döyüş əzmi yüksəkdir
16.04.2016 [10:45]
Tərtər şəhərindəki Gənclər Mərkəzində rayonun 2016-cı ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, yığıncaq iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, erməni silahlı birləşmələrinin aprelin 2-dən başlayan artilleriya zərbələri nəticəsində Tərtər şəhərində və rayonun kəndlərində 163 fərdi yaşayış evinə, Qaraağacı və Qapanlı kənd tam orta məktəblərinin binalarına, Qapanlı və Yuxarı Qapanlı kəndlərindəki tibb məntəqələrinə, Qazyan kənd körpələr evi-uşaq bağçasına, həmçinin elektrik, qaz, su və rabitə təsərrüfatına ziyan dəyib. Bütün bunlara baxmayaraq, əhalinin əhvali-ruhiyyəsi və döyüş əzmi yüksəkdir. Həyat öz axarı ilə davam edir. Rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilir, infrastruktur layihələri həyata keçirilir.
Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsində bildirilib ki, 2016-cı ilin birinci rübündə keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 2,4 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 7,3 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 11,5 faiz artıb.
Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına dair verdiyi müvafiq tapşırığa əsasən, rayonda 300 hektar ərazidə üzüm bağının salınması üçün torpaq sahəsi ayrılıb, 2050 hektar pambıq əkilməsi qərara alınıb, tərəvəzçiliyin inkişafı üçün biznes plan tərtib edilib. Əskipara kəndində yaradılan “EURO Tərtər Aqro” MMC üçün ayrılmış 200 hektar torpaq sahəsində 100 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanılması nəzərdə tutulub. “Məhəmməd-Tərtər” MMC tərəfindən ilkin olaraq 50 baş iribuynuzlu və 200 baş xırdabuynuzlu mal-qara alınıb, 70 hektar sahədə yem bitkiləri və şəkər çuğunduru əkilib.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə 212 baş damazlıq heyvan verilib. Üç ay ərzində 198 baş inək və düyə süni mayalandırılıb. Heyvandarlığın inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 409 baş, xırdabuynuzlu mal-qaranın sayı 1043 baş artıb.
Hazırda Tərtər şəhərində 100 yerlik uşaq bağçasının, şahmat məktəbinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasının tikintisi, “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası uğurla davam etdirilir. Tərtər şəhərinin bir sıra prospekt və küçələrinə, həmçinin rayon mərkəzindən Şıxarx qəsəbəsinə gedən yola asfalt-beton örtüyü salınır. Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılır. Ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində 12 mindən çox müxtəlif ağac və gül kolları əkilib.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və aqrar sahədə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən ətraflı bəhs edilib.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlərdən də bəhs olunub, onların həlli üçün təkliflər irəli sürülüb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

