CBC telekanalı Oleq Babak haqqında film çəkib
09.04.2016 [10:26]
CBC telekanalının yaradıcı heyəti bu günlərdə izləyicilərə yeni sənədli film təqdim edəcək. “Həyat naminə” adlı bu sənədli ekran işi 1991-ci il aprelin 7-də Qubadlı rayonunun Yuxarı Cibikli kəndində baş verən hadisələrdən bəhs edir.
CBC telekanalının Baş direktoru Azər Xəlilov AZƏRTAC-a eksklüziv müsahibəsində filmin ərsəyə gəlməsindən danışıb.
A.Xəlilov bildirib ki, bu film keçmiş SSRİ-nin daxili qoşunlarının zabiti Oleq Babakın qəhrəmanlığından bəhs edir. O, 1990-cı illərdə Qubadlı rayonunun Yuxarı Cibikli kəndində baş verən hadisələrdə yüzlərlə erməni döyüşçüsünə qarşı şücaətlə vuruşaraq həyatı bahasına yerli dinc əhalini ölümdən xilas edib: “Oleq Babak Qubadlı rayonunun Yuxarı Cibikli kəndinin dinc əhalisinin erməni terrorçularının hücumundan qorunması və onların həyatlarının xilas edilməsi zamanı şəhid olub. Oleq Babak bu şücaətinə və qəhrəmancasına apardığı döyüşə görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb”.
Filmin o illərin tarixinə qiyabi səyahət olduğunu bildirən CBC-nin Baş direktoru deyib ki, hələ 1990-cı illərin əvvəllərində Ermənistanla həmsərhəd rayonlarımız mütəmadi olaraq atəşə tutulurdu: “Ermənilər azərbaycanlı əhalini daim qorxu altında saxlayaraq, onları öz ata-baba yurdlarını, el-obalarını tərk etməyə vadar edirdilər ki, qəsbkar planları asanlıqla həyata keçsin. Oleq Babak yerli əhalinin müdafiəsinə qalxaraq, erməni millətçilərinin planlarının qarşısına sanki sipər çəkdi. O, öz həyatı hesabına dinc sakinləri erməni terrorçularından xilas etdi”.
A.Xəlilov qeyd edib ki, həm yerli telekanallar, həm də Rusiya və Ukrayna kanalları Oleq Babakdan bəhs edən sənədli filmlər çəkib. CBC-nin təqdim edəcəyi bu yeni film isə digərlərindən çox fərqlənir: “Biz bu filmdə hadisələrə bir qədər fərqli bucaqdan yanaşmağa çalışdıq. İlk dəfə olaraq Oleq Babakın döyüş yoldaşları ilə görüşdük. Bunun üçün bizim yaradıcı qrup iki hissəyə bölünmüşdü. Qrupun biri Moskva şəhərinə göndərildi ki, orada Oleq Babakın döyüş yoldaşları ilə görüşsün. Digər qrup isə Ukraynaya, Oleq Babakın anadan olduğu Viktoriya kəndinə ezam edildi. Onlar orada Oleq Babakın valideynləri ilə görüşdülər”.
Ssenarinin yazılması və filmin çəkiliş prosesinin bir aya yaxın vaxt aldığını bildirən A.Xəlilov deyib: “Yaradıcı heyət Azərbaycan, Rusiya və Ukraynada gərgin iş rejimində çalışıb. Sənədli filmin xronometrajı 30 dəqiqədir. Ssenari, rejissorluq və müəlliflik hüququ CBC-nin yaradıcı heyətinə məxsusdur. Filmin hazırlanmasında göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Azərbaycan və rus dillərində yayımlanacaq “Həyat naminə” filmi iki həftədən sonra ekranlara çıxacaq”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31

