/ / Prezident İlham Əliyevin tapşırığı ilə Xüsusi Tibb Xidmətinin həkim briqadası cəbhəyanı bölgədə olub
Prezident İlham Əliyevin tapşırığı ilə Xüsusi Tibb Xidmətinin həkim briqadası cəbhəyanı bölgədə olub
08.04.2016 [09:53]
Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyevin başçılığı ilə müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət böyük bir həkim briqadası yaralı əsgərlərimizi müayinə etmək, onlara tibbi və mənəvi dəstək göstərmək üçün Gəncə şəhərində olub.
Xüsusi Tibb Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın bu taleyüklü günlərində həkimlər Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmiş xəstələrlə görüşüb, onlara hərtərəfli tibbi yardım göstəriblər. Akademik Cəmil Əliyevin rəhbərlik etdiyi briqada cəbhə bölgəsində döyüşən əsgərlərimizə yardım olaraq özü ilə 300 min manatlıqdan çox dərman preparatı, sarğı materialları və digər zəruri ləvazimatlar gətirib.
Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyev deyib: “Aprelin 1-dən etibarən erməni silahlı qüvvələrinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində əsgərlərimizi və sərhəd bölgəsində yaşayan dinc əhalini fitnəkarlıqla ağır çaplı silahlardan atəşə tutması, mülki əhali arasında ölənlərin və yaralananların olması cəmiyyətimizdə böyük narazılıq və hiddət yaratdı. Buna cavab olaraq, Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsi, bir neçə yaşayış məntəqəsini və strateji yüksəklikləri azad etməsi, erməni əsgərlərinin çaşqınlıq və vahimə içərisində döyüş meydanını qoyub biabırçılıqla qaçması ictimaiyyətdə böyük ruh yüksəkliyi, işğal altında olan torpaqlarımızın tezliklə düşməndən təmizlənəcəyinə çox böyük inam yaratdı, hamıda sonsuz sevinc doğurdu. Hətta bizim xəstəxanada baş çəkdiyimiz, yardım etdiyimiz yaralıların demək olar hamısının tezliklə sağalaraq yenidən döyüşə atılmaq istədiyini görmək nə qədər xoş və qürurverici idi! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığını yerinə yetirərkən bir daha əmin olduq ki, xalq öz rəhbəri, öz ordusu və öz övladları ilə birlikdədir və həmişə də birlikdə olacaqdır.
Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə çox böyük zərbə endirdi, onun döyüş ruhunu birdəfəlik sındırdı. Son məlumatlara görə, döyüş bölgəsini 3 min nəfərdən çox erməni tərk edərək qaçıb. Dövlətimiz növbəti dəfə sülhsevərlik nümunəsi göstərərək atəşkəs elan etmişdir. Ermənilərə yüksək səviyyədə xəbərdarlıq edilmişdir ki, yenidən fitnəkarlığa əl atsalar, onda daha sarsıdıcı məğlubiyyətlərlə üzləşəcəklər. Biz ordumuza ürəkdən inanır və onunla fəxr edirik!”.
Akademik Cəmil Əliyev onu da vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin kollektivi hər zaman ordumuzun yanındadır və Silahlı Qüvvələrimizin bütün qoşun növlərinin hissələrinə, əsgərlərinə daim tibbi yardım göstərməyə hazırdır. Bu ənənə gələcəkdə də birmənalı şəkildə davam etdiriləcəkdir.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

