Bolqarıstan Prezidentinə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib
11.03.2016 [10:17]
Martın 10-da Bakı Dövlət Universitetində (BDU) Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov dünyanın tanınmış siyasətçilərindən biri, müasir dünyada elmin və demokratiyanın inkişafına layiqli töhfələr vermiş Rosen Plevneliyevi rəhbərlik etdiyi ali məktəbin kollektivi adından salamlayıb, onun Bakı Dövlət Universitetinə gəlişindən məmnunluğunu ifadə edib. Bildirilib ki, Prezident Rosen Plevneliyev dövlətimizin başçısı İlham Əliyevin dəvəti ilə “Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlib.
A.Məhərrəmov qeyd edib ki, R.Plevneliyev Bolqarıstanın çiçəklənməsi, demokratik dəyərlərin möhkəmlənməsi, ölkənin Avropa yönümlü tərəqqisi, həmçinin elmin və təhsilin inkişafı üçün böyük işlər görüb. Rektor R.Plevneliyevin prezident seçildiyi gündən Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini, Bolqarıstan və Azərbaycan arasında əlaqələrin inkişafına böyük önəm verdiyini xüsusi vurğulayıb.
Azərbaycan xalqı, eləcə də dünya elmi və mədəniyyəti qarşısında, habelə xalqlar arasında dostluq, beynəlxalq əlaqələr, insan haqları, demokratiyanın inkişafı sahəsində böyük xidmətlər göstərmiş bir sıra görkəmli şəxslərin Bakı Dövlət Universitetinin fəxri doktoru seçildiyini diqqətə çatdıran A.Məhərrəmov rəhbərlik etdiyi ali məktəb haqqında qonağa məlumat verib.
Daha sonra rektor universitetin elmi şurasının Bolqarıstan Prezidentinə fəxri doktor adının verilməsi ilə bağlı qərarını oxuyub.
Bolqarıstan dövlətinin başçısına fəxri doktor diplomu və mantiya təqdim olunub.
Prezident R.Plevneliyev BDU-nun müəllim və tələbələri qarşısında çıxış edərək fəxri doktor diplomuna görə təşəkkürünü bildirib, kollektivə uğurlar arzulayıb. “Bakı Dövlət Universiteti bu gündən mənim də universitetimdir”, - deyən Bolqarıstan Prezidenti 2019-cu ildə BDU-nun 100 illik yubiley tədbirlərində iştirak edəcəyinə söz verib. Dövlət başçısı Azərbaycan - Bolqarıstan münasibətlərindən danışıb, iki ölkə arasında əlaqələrin hazırkı durumundan razılığını bildirib. Bolqar xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərə ürəkdən sevindiyini vurğulayan ali qonaq iki ölkə arasında münasibətlərin, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında maraqlı olduğunu xüsusi qeyd edib.
Sonda Prezident R.Plevneliyev tələbələrin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06

