/ / Sahil Mühafizəsi Xəzər dənizində dövlət maraqlarımızı yüksək səviyyədə təmin edən mükəmməl quruma çevrilib
Sahil Mühafizəsi Xəzər dənizində dövlət maraqlarımızı yüksək səviyyədə təmin edən mükəmməl quruma çevrilib
01.03.2016 [09:39]
Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Sahil Mühafizəsinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunan xidməti müşavirə keçirilib.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev müşavirədə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi yolu ilə inamla irəliləyən dövlətimizin hərbi qüdrətinin əhəmiyyətli dərəcədə yüksəldiyini, bütün sosial və infrastruktur layihələrinin müvəffəqiyyətlə icra olunduğunu qeyd edib.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaranması və inkişafı tarixinə qısa nəzər salınan müşavirədə Ulu öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar nəticəsində lazımi texniki imkanların yaradılması və dəniz sərhədlərimizin mühafizəsinin təmin edilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamına əsasən 2005-ci ilin fevral ayında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması, Ali Baş Komandan tərəfindən 2008-ci ilin noyabr ayında DSX-nin Sahil Mühafizəsinin yeni bazasının, 2014-cü ilin iyul ayında Gəmi İnşası və Təmiri Mərkəzinin istifadəyə verilməsi, DSX-nin Sahil Mühafizəsinin böyük inkişaf yolu keçərək Xəzər dənizində dövlət maraqlarımızı ən yüksək səviyyədə təmin etməyə qadir olan mükəmməl quruma çevrilməsi və hazırda hər cür hava şəraitində dövlət sərhədini qorumaq imkanlarına malik olması qeyd olunub.
Müşavirədə məruzə edən DSX-nin Sahil Mühafizəsinin rəisi, general-mayor Əfqan Nağıyev 2015-ci ildə dənizdə dövlət sərhədinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana aid hissəsində bioloji resursların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmərlərinin qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, qaçaqmalçılığa və brokonyerliyə qarşı mübarizə, eləcə də döyüş hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi istiqamətində qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirildiyini bildirib.
Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana mənsub bölməsində karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində DSX Sahil Mühafizəsinin uğurlu fəaliyyəti qeyd olunub.
Hazırda dünyada baş verən proseslər, enerji və maliyyə bazarlarında yaranmış iqtisadi vəziyyət, bunun ölkəmizə təsiri barədə müşavirədə geniş danışılıb, mövcud şəraitin bütün fəaliyyət istiqamətlərində yeni yanaşmalar tələb etdiyi qeyd olunub, 2016-cı ildə qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Müşavirədə Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxslərinin məruzələri dinlənilib, xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi, döyüş hazırlığının möhkəmləndirilməsi istiqamətində zəruri göstərişlər verilib.
Arif ƏSƏDOV
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41

