Ədliyyə naziri Şabran rayon ictimaiyyəti ilə görüşüb
04.02.2016 [10:10]
Dünyada hökm sürən maliyyə və iqtisadi böhranın ölkə iqtisadiyyatına və əhalinin yaşayış durumuna mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin qəti siyasi iradəsi ilə anti-böhran tədbirləri həyata keçirilir, görülən işlər barədə ictimaiyyət daim məlumatlandırılır.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, ədliyyə naziri Fikrət Məmmədov fevralın 3-də Şabran rayon Mədəniyyət Mərkəzində ictimaiyyət nümayəndələri ilə görüş keçirib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Milli Məclisin deputatı Tahir Süleymanov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar və yerli sakinlər iştirak ediblər.
Tədbirdə çıxış edən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin hərtərəfli dinamik tərəqqisini, regionlarda, o cümlədən Şabran rayonunda geniş quruculuq-abadlıq işlərinin, sosial infrastruktur layihələrinin uğurla həyata keçirildiyini qeyd edib, xalqımızın rifahı naminə yaradılmış möhkəm iqtisadi potensialın bu gün dövlətimizin iqtisadi təhlükəsizliyini təmin etdiyini, onu böhranın təsirindən qoruduğunu vurğulayıb.
Bildirib ki, dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycan iqtisadiyyatına müəyyən təsir etsə də, ölkə Prezidentinin qəti siyasi iradəsi ilə inkişafa mane olan amillərin aradan qaldırılması, yeni qlobal çağırışlara uyğun həyata keçirilən iqtisadi islahatlar və anti-böhran tədbirləri öz müsbət nəticələrini verir. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, maaş, pensiya və müavinətlərin artırılması, süni qiymət artımının qarşısının alınması və bu məsələyə dövlət nəzarətinin gücləndirilməsi, sahibkarlığın inkişafına dair əlavə tədbirlərin görülməsi və digər atılan məqsədyönlü addımlar respublikamızın sosial-iqtisadi inkişafına xidmət edir.
Görüşdə, həmçinin korrupsiya hallarının aradan qaldırılması üzrə dövlətimizin başçısının qəti iradəsi ilə həyata keçirilən tədbirlərə toxunulub, ölkəmizdə müstəqil məhkəmə hakimiyyəti bərqərar edilməklə hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunduğu bildirilib, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanların məmnunluğunun yüksəldilməsinin əsas vəzifə olduğu vurğulanıb.
Rayon İcra Hakimiyyətinin başçısı N.Novruzov ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq rayonda aparılan genişmiqyaslı işlər, habelə insanların rifahının yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Çıxış edən ictimaiyyət nümayəndələri dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq, dövlətimizin başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlərini və digər qətiyyətli addımlarını yüksək dəyərləndirdiklərini vurğulayıb, ölkəmizdəki ictimai-siyasi sabitlikdən, əmin-amanlıqdan razılıqlarını bildiriblər.
Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46

