Hacıqabulda rayon ictimaiyyətinin nümayəndələri ilə görüş
30.01.2016 [10:21]
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yanvarın 29-da Hacıqabulda rayon ictimaiyyətinin nümayəndələri və fəallarla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ötən ilin yekunları və regionların sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən müşavirələrdə verilən tapşırıqlar, 2015-ci ildə görülən işlər və bu il üçün nəzərdə tutulan inkişaf tədbirləri barədə məlumat verilib.
Qeyd olunub ki, dünyada baş verən iqtisadi böhran Azərbaycandan təsirsiz ötüşməsə də, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi islahatlar nəticəsində ölkəmiz inkişaf dinamikasını saxlaya bilib.
Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar nəticəsində 2015-ci ildə ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Kənd təsərrüfatı sahəsində 6,6 faiz artım olub. Ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Yüz mindən çox yeni iş yerləri açılıb ki, onlardan 84 mini daimi iş yeridir. Maaş və pensiyalar artırılıb. 2015-ci ildə bütün sosial proqramlar icra edilib və heç bir proqram ixtisar olunmayıb.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, 2016-cı il ciddi iqtisadi islahatlar ili olacaq. Bu məqsədlə, ölkə rəhbərliyi tərəfindən artıq müvafiq qərarlar qəbul edilib, qanunvericiliyə dəyişikliklər olunub. Yaranmış iqtisadi şəraitdə sahibkarlığı daha da genişləndirmək, iş adamlarına əlverişli şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görüləcək. Daxili bazarın, yerli istehsalın qorunması, inhisarçılığa yol verilməməsi istiqamətində işlər aparılır.
Görüşdə vurğulanıb ki, dövlətimizin başçısının tapşırığına əsasən, bu il geniş özəlləşdirmə proqramı icra ediləcək. Bu sahəyə yerli və xarici investorlar cəlb olunacaq. Artıq komitə geniş özəlləşdirmə proqramının hazırlanması istiqamətində tədbirlərə başlayıb. Yerli və xarici investorların prosesə aktiv cəlb olunması nəzərdə tutulur. Genişmiqyaslı özəlləşdirmə nəticəsində dövlət büdcəsinin gəlirləri artacaq, bu gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldiləcək. Regionların iqtisadi potensialı güclənəcək.
Dövlətimizin başçısı keçirdiyi müşavirələrdə torpaq fondunun dəqiq uçotunun aparılması, faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması barədə də tapşırıqlar verib. Bu tapşırıqların icrası məqsədilə komitə tərəfindən artıq bir sıra tədbirlər həyata keçirilir. Ölkədə ilk dəfə olaraq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işi icra olunur.
Görüşdə qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu il mərkəzi və yerli icra orqanları, aidiyyəti qurumlar ölkənin iqtisadiyyatının inkişafı istiqamətində bütün zəruri tədbirləri həyata keçirəcək. Yerli icra orqanları tərəfindən iş yerlərinin yaradılması, investisiyanın cəlb edilməsi ilə bağlı tədbirlər görüləcək. Dövlətimizin başçısı tapşırıb ki, ölkəmizdə ərzaq təhlükəsizliyi tam təmin olunmalıdır. Bu məqsədlə, kənd təsərrüfatı sahələri, o cümlədən heyvandarlığın, bitkiçiliyin, pambıqçılığın və qida-yeyinti sənayesinin inkişafı üzrə tədbirlər gücləndiriləcək. Bu il kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə bağlı işlər davam etdiriləcək.
Komitə sədri görüşün sonunda bildirib ki, Prezident İlham Əliyevin verdiyi tapşırıqların tam və vaxtında icrası nəticəsində regionların sosial-iqtisadi inkişafı, yerlərdə yeni iş yerlərinin yaradılması, vətəndaşların sosial rifah halının gücləndirilməsi 2016-cı ildə də uğurla davam etdiriləcək.
Rayon sakinləri qiymətlərin süni surətdə qaldırılmasının qarşısını almağa yönəlmiş addımları, bu məsələyə dövlət nəzarətinin gücləndirilməsini, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanılmasını, Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib, bir sıra təkliflərlə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

