Gəncədə “Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsinin icrasına start verilib
02.12.2015 [09:59]
Tədbirə qatılan KİV təmsilçiləri eyni zamanda, Gəncədə bir sıra tarixi abidələri ziyarət ediblər
Gəncə şəhərində Demokratik İslahatçı Gənclər İctimai Birliyinin “Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsinin icrasına start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən ilk “dəyirmi masa”da kütləvi informasiya vasitələrinin nümayəndələri, yerli mətbu orqanların əməkdaşları, blok və xəbər saytlarının rəhbərləri və dövri mətbuatla fəal əməkdaşlıq edən gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli deyib ki, layihənin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətini Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaq üçün mətbuatın təsir gücündən səmərəli istifadəyə nail olmaq, həmçinin Azərbaycan haqqında beynəlxalq aləmə daha dolğun və obyektiv məlumatlar çatdırmağa kömək göstərməkdir.
V.Hüseynli onu da bildirib ki, layihə çərçivəsində ilk tədbirin Gəncədə keçirilməsi heç də təsadüfi deyil: “Bu, 2016-cı il Avropanın Gənclər paytaxtı seçilən Gəncənin bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcəyi və həmin tədbirlər zamanı Azərbaycan reallıqlarının təbliğinə daha mütəşəkkil şəkildə dəstək verilməsi ilə bağlıdır. Yəni bura artıq çoxlu turistlər gəlir, beynəlxalq gənclər təşkilatlarının təmsilçiləri mütəmadi səfərlər edirlər və biz də düşündük ki, gələn il öncəsi media nümayəndələrinə dəstək olaraq bu addımı ataq. Bir sözlə, layihə çərçivəsində ilk tədbirin Gəncədə keçirilməsi bu şəhərin Avropanın Gənclər paytaxtı kimi tanıdılması üçün beynəlxalq aləmdə bir kampaniya aparılmasına dəstək rolunu oynayır”.
“Dəyirmi masa”da iştirak edən ölkənin bir sıra aparıcı media qurumlarının nümayəndələri və yerli gənclər mövzu ətrafında çıxış edib, təkliflər səsləndiriblər. Eyni zamanda, xarici media səhifələrində Azərbaycanın təbliğində lobbiçilik siyasətinin qurulması və ondan səmərəli istifadə edilməsinin vacibliyi xüsusi vurğulanıb. Yeri gəlmişkən, müzakirələr zamanı Gəncədə fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclərin fəallığını xüsusi vurğulamaq yerinə düşər. Belə ki, müzakirələrdə fəal iştirak edərək mövzu ətrafında maraqlı fikirlər yürüdən Azərbaycan Dövlət Aqrar Universitetinin birinci kurs tələbələri Xalidə Nəsibzadə, Cəmaləddin Məmmədov, Aytac Səfərli və İlkin Qasımovun timsalında bu gün Gəncədə fəal, dövlətini sevən, Azərbaycanımızın maraqlarını qorumağa hazır bir gəncliyin yetişdiyinin şahidi olduq.
İki saata yaxın davam edən müzakirəni yekunlaşdıran Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli “müzakirələrin ümumi nəticəsindən də bəlli olduğu kimi, ölkəmizi dünyada yaxşı təbliğ etmək üçün həm yaxşı təhsil almaq, həm xarici dillərə yiyələnmək, həm də vətənpərvər olmaq vacibdir. Bu yolda da əsas iş gənclərin boynuna düşür”, - deyib.
Onu da qeyd edək ki, jurnalistlər səfərin ikinci günü bu qədim Azərbaycan diyarının tarixi yerlərinə, həmçinin müasir dövrdə tikilən çoxsaylı obyektlərə baş çəkiblər. Belə ki, Azərbaycanın dahi şairi Nizaminin məqbərəsini və Nizami muzey kompleksini ziyarət edən KİV təmsilçiləri, eyni zamanda, Gəncə Qala qapıları, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi, Uşaq Yaradıcılıq Mərkəzi kimi yeni tikililərlə və Gəncə Dövlət Kukla Teatrının binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub, Göygöl Dövlət Qoruğunu ziyarət ediblər. Jurnalistlərə məlumat verilib ki, Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və himayəsi sayəsində orta əsr qədim memarlıq incilərindən olan “İmamzadə” tarixi-memarlıq kompleksində təmir-tikinti, bərpa və abadlıq-quruculuq işləri başa çatmaq üzrədir. Eyni zamanda, bildirilib ki, şəhərin ən görkəmli komplekslərindən biri Ulu öndər Heydər Əliyevin adını daşıyan park və parkın içində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzidir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

