M.V.Lomonosov adına MDU-nun Bakıdakı filialının rektoru professor Nərgiz Paşayeva dəvət edir
17.11.2015 [10:12]
M.V.Lomonosov adına MDU-nun Bakıdakı filialının rektoru professor Nərgiz Paşayevanın dəvəti ilə görkəmli alim, germanistik medievistika və kitab tarixi üzrə mütəxəssis, Oksford Universitetinin professoru, Faculty of Medieval and Modern Languages üzvü, St. Edmund Hall kollecinin və kitabxanasının fəxri üzvü, honoris causa doktoru (Bern Universiteti, İsveçrə) Naycel Fenton Palmer noyabrın 16-dan 20-dək MDU-nun Bakı filialının qonağı olacaq.
Professor Palmer Britaniya Akademiyasının üzvü, Amerika Medievistika Akademiyasının müxbir üzvü, Gettingen (Almaniya) Elmlər Akademiyasının müxbir üzvü, Oksford Biblioqrafiya Cəmiyyətinin üzvü (2002-2005-ci illərdə bu cəmiyyətin sədri), DFG (Almaniya Tədqiqatçılar Birliyinin) eksperti, Bavariya Dövlət Kitabxanasının (Münxen) orta əsrlərə aid əlyazmalar və qədim mətbu nəşrlər üzrə akademik komissiyasının daimi üzvü, kitab tarixi üzrə Almaniya-Rusiya İşçi Qrupunun üzvü (Almaniya, Marburq Universiteti - Rusiya, M.V.Lomonosov adına MDU), digər cəmiyyətlərin və akademik komissiyaların üzvü, fon Humboldt adına Fondun tədqiqat mükafatı laureatıdır (2007). O, çoxsaylı monoqrafiyaların, elmi işlərin, ensiklopediyalarda məqalələrin müəllifidir, orta əsrlərə aid mətnlərin naşiri, Böyük Britaniya, Almaniya və Rusiyada orta əsrlərə aid bir sıra əlyazmaların və qədim mətbu nəşrlərin üzə çıxarılmasında xidmətləri olub. Bodlean kitabxanasının (Oksford) fundamental kataloqunun “Ksiloqrafik kitablar, ilk mətbu nəşrlər - ağac və metal üzərində qravürlər” bölməsinin müəllifi, çap üsulu ilə hazırlanmış ilk kitablar üzrə dünyada ən böyük mütəxəssislərdən biri, “Medium Aevum” (Oksford) və “Oxford German Studies” (Oksford) elmi jurnallarının baş redaktoru, “De Gruyter” nəşriyyatının (Berlin-Nyu-York) naşirlərindən biridir.
Professor Naycel F.Paymerin səfəri çərçivəsində noyabrın 20-də yerli vaxtla saat 15:30-da M.V.Lomonosov adına MDU-nun Bakı filialında onun “Keçmişlə görüş: perqament, kağız, mürəkkəb, orta əsrlər Avropasından mətnlər və ideyalar” mövzusunda məruzəsi olacaq.
Məruzə qərbi Avropada orta əsrlərə aid əlyazma kitabların yaranması, onların maddi təsviri və tədqiqi üzrə əsas problemləri açıqlamaq məqsədi güdür.
İngilis dilində səslənəcək məruzə təqdimatla müşayiət ediləcək və geniş elmi auditoriya - tələbələr, magistrantlar, doktorantlar və müəllimlər üçün nəzərdə tutulur.
Tədbirdə iştirak etmək istəyənlər üçün ayrılacaq xüsusi avtobus onları Hüseyn Cavid bağından (metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında) M.V.Lomonosov adına MDU-nun Bakıdakı filialının Xocəsən qəsəbəsindəki binasına çatdıracaq. Avtobus saat 14:45-də yola düşəcək.
Arzu edənlər (012) 598-93-17 nömrəli telefon və ya info@msu.az elektron poçtu vasitəsilə M.V.Lomonosov adına MDU-nun Bakıdakı filialına müraciət edə bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

