Türk dünyasının alimləri UNEC-də
29.10.2015 [09:42]
Oktyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) XIII Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresi öz işinə başlayıb.
Tədbirdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, son dövrlərdə respublikamızın liberal bazar iqtisadiyyatının inkişafı fonunda çox ciddi tədbirlər həyata keçirilir. Ölkəmiz Prezident İlham Əliyevin neftsiz iqtisadiyyat qurmaq strategiyasının ən ciddi mərhələsinə qədəm qoyub.
Rektor deyib ki, Azərbaycanın gələcəyini təmin edə biləcək uğurlu siyasətin ən vacib elementi təhsildir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyevin ikinci dəfə Prezident seçiləndən sonra imzaladığı ilk sənəd Azərbaycan Respublikasında ali təhsilin inkişafına dair dövlət strategiyası olub. Bu da o deməkdir ki, ölkə başçısı “qara qızıl”ın insan kapitalına çevrilməsini öz siyasətinin ən vacib hissəsi sayır və bununla bağlı təhsil ictimaiyyəti qarşısında çox ciddi tələblər irəli sürüb. UNEC bu tələblərin icra edilməsi baxımından öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmək üçün əlindən gələni etməyə hazırdır.
Rektor qloballaşan dünyamızda baş verən proseslər kontekstində türk dünyası alimlərinin bir araya gələrək elmi problemlər üzərində fikir mübadiləsi etməsinin mühüm əhəmiyyəti olduğunu vurğulayıb. Belə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sonra Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev təhsil naziri Mikayıl Cabbarovun konqres iştirakçılarına ünvanladığı müraciətini səsləndirib.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun çıxışında Azərbaycan-Türkiyə münasibətlərinə diqqət çəkərək bildirib ki, Azərbaycanın on minə yaxın tələbəsi Türkiyədə ali təhsil alır. Azərbaycanda isə minlərlə Türkiyə vətəndaşı təhsil alır. Türkiyənin 2600-ə qədər şirkəti Azərbaycanda, minə yaxın Azərbaycan şirkəti isə Türkiyədə fəaliyyət göstərir. Bir sözlə, hələ müstəqilliyinin 30-cu ilini qeyd etməyən Azərbaycan yaxın zamanlarda Türkiyəyə ən çox investisiya yatıran ölkə olmağa namizəddir.
Türk Dünyası Araşdırmalar Vəqfinin prezidenti Közhan Yazgan çıxışında Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Təhsil üzrə ekspert, professor, Əməkdar elm xadimi Şahlar Əsgərov “İnkişafın zəruri və kafi şərti: İnkişaf etməkdə olan ölkələr” mövzusunda məruzə ilə çıxış edib.
XIII Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresində dünyanın 12 ölkəsindən 250-ə yaxın elm adamı, həmçinin 10-a yaxın xarici universitet rektoru iştirak edir. İctimai elmlər sahəsində özünəməxsus yeri olan ənənəvi tədbirdə 236 elmi işin məruzəsi və müzakirəsi baş tutacaq.
XIII Türk Dünyası İctimai Elmlər Konqresi oktyabrın 30-da başa çatacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

