/ / Aktual tarixi problemlərin müzakirə olunduğu VIII Beynəlxalq Atatürk konfransı işini başa çatdırıb
Aktual tarixi problemlərin müzakirə olunduğu VIII Beynəlxalq Atatürk konfransı işini başa çatdırıb
15.10.2015 [10:32]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkilatçılığı ilə Gəncədə keçirilən dünya tarixçilərinin VIII Beynəlxalq konfransı öz işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən konfransda iki gün ərzində tarixi araşdırmalara əsaslanan maraqlı məruzələr dinlənilərək, XIX-XX əsrlər tarixinin aktual problemləri müzakirə edilib.
Konfransın yekun iclasında AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, məruzələrdə əsasən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımları, Dağlıq Qarabağ məsələsi, Xocalı soyqırımı və digər məsələlər ətrafında maraqlı fikirlər səsləndirilib.130-dan çox alimin iştirak etdiyi konfransda 90-dək məruzə dinlənilib.
Bağlanış mərasimində VIII Beynəlxalq Atatürk konfransı iştirakçılarının dünya ictimaiyyətinə Azərbaycan, rus, türk və ingilis dillərində müraciəti qəbul olunub. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti İqor Turitsin imzalayıblar.
Atatürk Araşdırma Mərkəzinin rəhbəri, professor Mehmet Ali Beyhan, Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin Atatürk Mədəniyyət və Tarix İdarəsinin rəhbəri Derya Örz çıxış edərək VIII beynəlxalq Atatürk konfransının yüksək səviyyədə keçdiyini, məruzələrin çox zəngin olduğunu diqqətə çatdırıblar. Konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışan natiqlər onu da vurğulayıblar ki, bu mötəbər tədbirdə söylənən hər bir fikir tariximizi saxtalaşdıranlara tutarlı cavabdır.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belə bir mötəbər tədbirin təşkilində əməyi olanlara, eləcə də konfrans iştirakçılarına şəhər ictimaiyyəti adından minnətdarlıq edib.
Sonda konfransın təşkilatçılarına xatirə hədiyyələri və sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50

